Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Kəlbəcərə 32 ildən sonra Böyük Qayıdış ŞƏRH

Kəlbəcərə 32 ildən sonra Böyük Qayıdış ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi. Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri illər sonra doğma sakinlərinə qapılarını açır, 32 illik həsrətin ardından yenidən canlanır. Bu qayıdış yalnız torpaq məsələsi deyil, hər addım xalqın iradəsini, dövlətin qüdrətini və milli qüruru əks etdirir. Kəlbəcər yenidən həyatla dolur, doğma sakinlərini qucaqlayır və gələcəyə ümidlə baxır. Beləliklə, bu qayıdış həm xalqın əzminin, həm də dövlətin qərarlılığının və milli birliyin parlaq simvoluna çevrilir.
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı burada yerli sakinlərlə keçirdiyi görüşlər siyasi-mənəvi əhəmiyyət daşyır. Belə görüşlər 30 illik məcburi köçkünlük həyatı yaşamış insanların öz dədə-baba yurdlarında bundan sonra sülh və əmin-amanlıq içərisində, tam təhlükəsiz şəraitdə yaşayacaqlarına inamlarını daha da gücləndirir, onlara ruh yüksəkliyi bəxş edir. Digər tərəfdən isə, həm ölkəmizdə cərəyan edən proseslər, həm də qlobal miqyasda baş verən və ölkəmizə bu və ya digər şəkildə bilavasitə təsiri olan hadisələr barədə birbaşa ölkə rəhbərinin açıqlamalarını eşitmək insanlarda həmin hadisələrə düzgün baxış bucağının formalaşması üçün ən əlverişli amildir.
Cənab Prezidentin “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri Kəlbəcərin işğaldan azad olunmasının sadəcə hərbi-siyasi qələbə deyil, həm də milli qürurun təntənəsi olduğunu göstərir. 32 illik həsrətdən sonra kəlbəcərlilərin doğma yurdlarına qayıtması Azərbaycan xalqının iradə və dözümlülüyünün təzahürüdür. Çadırlarda, yataqxanalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlərin doğma yurda dönüşü Azərbaycan dövlətçiliyi üçün həm mənəvi, həm də sosial-siyasi baxımdan dönüş nöqtəsidir.
Dövlət başçısının nitqində xüsusi vurğulanan məqam Kəlbəcərin strateji mövqeyi idi. 1993-cü ildə Kəlbəcərin işğalı Ermənistanla o vaxtkı qondarma “Dağlıq Qarabağ” arasında genişmiqyaslı coğrafi bağlantı yaratmış və işğalın dərinləşməsinə şərait formalaşdırmışdı. İlham Əliyev açıq şəkildə bildirdi ki, o dövrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin xəyanətkar siyasəti strateji ərazilərin itirilməsi ilə nəticələnmişdi. Bu isə Azərbaycanın sonrakı onilliklərdə üzləşdiyi təhlükələrin əsasını qoymuşdu.
Cənab Prezident çıxışında Ermənistanın pulsuz silahlarla təmin edilməsini, işğalçı dövlətə siyasi və hərbi dəstəyin verilməsini Azərbaycanın suverenliyinə qarşı beynəlxalq ikili standartların göstəricisi kimi dəyərləndirdi. Bununla yanaşı, İlham Əliyev vurğuladı ki, Azərbaycan heç vaxt bu reallıqla barışmayıb, güclü iqtisadiyyat və güclü ordu quraraq 2020-ci ildə öz haqq savaşını qələbə ilə yekunlaşdırdı.
44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın tarixi hədəflərinə çatmasını təmin etdi. Cənab Prezidentin vurğuladığı kimi, xalq və ordu bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər isə bu kapitulyasiyanın nəticəsində bir güllə atılmadan azad edildi. Bu fakt Azərbaycanın gücünün yalnız hərbi sahədə deyil, həm də siyasi-diplomatik müstəvidə təsdiqidir.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri və çıxışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin əhəmiyyətini bir daha göstərdi. Bu səfər çərçivəsində həyata keçirilən tədbirlər və verilən mesajlar ölkənin ərazi bütövlüyünün bərpası və vətəndaşların rifahının təmin olunması istiqamətində atılan mühüm addımların nümunəsidir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri