Icma.az
close
up
RU
Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır ŞƏRH

Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə mütəmadi olaraq etdiyi səfərlər bu ərazilərdə aparılan iri miqyaslı bərpa və yenidənqurma işlərinin dövlətin xüsusi diqqətində saxlandığını göstərir və həyata keçirilən layihələrin ən yüksək keyfiyyətlə icrasını stimullaşdırır. Dövlət başçısının hər belə səfəri çox sayda təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Bundan sonra həmin torpaqlarda, öz dədə-baba yurdlarında daim yaşayacaq insanlar üçün tikilən evlər, açılan obyekt və müəssisələr, yaradılan infrastruktur bir tərəfdən ölkəmizin iqtisadi gücünü, digər tərəfdən də xalqımızın yaradıcı ruhunu bütün dünyaya nümayiş etdirir.

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə etdikləri növbəti səfər çərçivəsində rayonun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışını etdilər. Əlbəttə ki, bu hadisə ətraf ərazilərin elektrik enerjisi ilə fasiləsiz təchizatının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident tərəfindən Kəlbəcərə daimi yaşamaq üçün qayıdan soydaşlarımıza şəhərin birinci yaşayış kompleksində yeni inşa olunmuş binalarda yerləşən mənzillərinin açarlarının təqdim olunması, eləcə də 3-cü və 4-cü yaşayış komplekslərinin təməlinin qoyulması Böyük Qayıdış dövlət proqramının icrası prosesinin Kəlbəcərdə də sürətlə getdiyini deməyə əsas verir. Eyni zamanda yenidən məskunlaşdıqları ərazilərdə insanların məşğuliyyətinin təminatı məsələsi də hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçısının iştirakı ilə “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı da bir tərəfdən rayonda sahibkarlığın inkişafına verilən növbəti dəstək, digər tərəfdən də məşhur Kəlbəcər balının artıq bir brend olaraq dünyada tanıdılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilməlidir. Heç bir şübhə yoxdur ki, tezliklə Şərqi Zəngəzur və Qarabağın digər füsunkar guşələri kimi, Kəlbəcər də ölkəmizə gələn xarici turistlərin sevə-sevə ziyarət edəcəkləri məkanlardan birinə çevriləcək. Bu isə yerli məhsullarımızın dünyaca məşhur brendlərə çevrilməsi üçün əlavə geniş imkanlar deməkdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Möhtərəm dövlət başçımızın işğaldan azad olunmuş ərazilərdə 30 illik məcburi köçkün həyatından sonra öz dədə-baba yurdlarına daimi yaşamaq üçün geri dönən sakinlərlə keçirdiyi hər bir görüş insanlarımızın həyat eşqini daha da alovlandırır, bir daha düşmən tapdağı altında qalmayacaq torpaqlarımıza yeni ruh, yeni nəfəs verir. O cumlədən Kəlbəcər sakinləri ilə keçirdiyi görüşdə etdiyi çıxışında cənab Prezident bir çox mühüm məqamlara toxundu. İlk növbədə qeyd olundu ki, kəlbəcərlilərin 32 ildən sonra öz doğma şəhərlərinə qayıdışı bir daha Azərbaycan xalqının iradəli xalq olduğunu və öz doğma torpağına bağlılığını göstərir. Öz çıxışında cənab Prezident İlham Əliyev Kəlbəcərin işğal altında olduğu dövrdə gedən prosesləri də bir daha xatırlatdı və bildirdi ki, həmin illərdə aparılan danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika isə, faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və 2020-ci ildə Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. Həmçinin cənab Prezident İlham Əliyev cari ilin 7 avqust tarixində Vaşiqtona etdiyi işgüzar səfərin də bəzi nəticələrinə toxundu. Dövlətimizin başçısı bildirdi ki, Vətən müharibəsində tarixi Qələbə əldə etməyimizdən artıq beş il keçsə də Ermənistana himayədarlıq edən bəzi ölkələr hələ də bizə qarşı hərəkətdə idilər və ABŞ-nın paytaxtında, Ağ Evdə imzalanmış sənədlər bütün bu səylərə də birdəfəlik son qoydu.

Şəmsi Nəcəfov,

YAP Göygöl rayon təşkilatı üzrə “24 № li Yol İstismarı “ Məhdud Məsuliyyətli Cəmiyyəti ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri