Icma.az
close
up
RU
Kəlbəcərlilərin Kəlbəcərə qayıdış arzuları

Kəlbəcərlilərin Kəlbəcərə qayıdış arzuları

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Aqil CAMAL

Həmrəylik Günü ərəfəsində “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində rayon ictimaiyyətinin görüşü keçirildi.

Ziyalıların, şairlərin, sənət adamlarının, jurnalistlərin qatıldığı görüşün qayəsi həmrəylik, işğaldan azad olunmuş yurda qayıdış idi.

Bütün çıxışlarda böyük qayıdışa hazırlaşan Kəlbəcərdə aparılan tikinti işləri, əhalinin qayıdışla bağlı fikir və təklifləri səsləndirildi.

Mənim də həm bir kəlbəcərli olaraq, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü kimi Kəlbəcərə qayıdış prosesi ilə bağlı görüşdə səsləndirdiyim və ümumən gərəkli bildiyim təklifləri buradan təkrarlamaq istəyirəm:

Hazırda Kəlbəcərdə istifadəyə verilən müəssisələrdə təkcə sıravi işçi heyətinə deyil, rəhbər və idarəedici kadr heyətinə rayon sakinləri cəlb edilməlidir.

Müəyyən imkanı, istəyi olan Kəlbəcər sakinlərinin rayon ərazisində orta və kiçik sahibkarlıq fəaliyyətinə şərait yaradılmalı, sahibkarlıq subyektləri böyük ölçüdə rayon sakinlərinə məxsus olmalıdır.

Rayon mərkəzində Kəlbəcərin ənənəvi arxitekturasına, yerli memarlığına uyğun olaraq, hündürmərtəbəli yaşayış binalarından daha çox, həyət evlərinin tikintisinə üstünlük verilməlidir.

Dağıdılmış evini öz vəsaiti hesabına bərpa etmək istəyənlərə, habelə, öz həyətində yeni ev tikmək istəyənlərə bu imkan yaradılmalıdır. Dövlət bu istəkdə olan sakinlərə hər cür dəstək göstərməlidir. Bu, həm də yenidəqurma işlərində dövlətin yükünün azaldılmasına töhvə vermiş olar.

Kəlbəcər şəhərində uyğun yerdə ümumi qəbirstanlıq salınmalı, dünyasını dəyişən rayon sakinlərinin (öz vəsiyyətlərinə və ailə üzvlərinin istəklərinə uyğun olaraq) doğma yurdda torpağa qovuşması təmin edilməlidir...

Fikirlər, təkliflər çoxdur. Hesab edirik ki, bu təkliflər bir yerə toplanaraq uyğun qurumlara təqdim edilməli və icraya yönəldilməlidir.

Kəlbəcərimizə, ümumən azad Qarabağımıza dayanıqlı, ləyaqətli qayıdışı təmin etmək üçün.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see415

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see410

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see317

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see303

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see301

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see294

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see275

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see272

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see272

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see269

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see265

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see260

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see257

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see251

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see248

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see240

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see235

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see230

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see225

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri