Icma.az
close
up
RU
Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən Lider ŞƏRH

Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən Lider ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin hər bir səfəri yeniliyin və quruculuğun başlanğıcı kimi tarixə həkk olunur. 44 günlük şanlı Zəfər savaşından sonra Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalanmış rəzil kapitulyasiya aktı ilə düşmən tərəfindən boşaldılaraq azad olunan Kəlbəcərdə ölkə başçısını bu tarixi yurdun doğma sakinləri ilə yenidən birgə görmək əsl bayram əhval-ruhiyyəsi yaratdı. Qalib xalqın qalib liderinin Kəlbəcər şəhərinin sakinləri ilə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi xalqımızın yaddaşında əbədi iz buraxacaq. Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən Prezident İlham Əliyev bu əsrarəngiz yurd yerimizi sürətlə dirçəltmək əzmini ortaya qoyub. Ölkə başçısının iradəsi ilə bu gün təkcə Kəlbəcər yenidən qurulmur, onunla birgə sakinlərin ümidləri, doğma torpağa inamı və gələcəyə olan güvəni də bərpa olunur.

Xalqın qırılmış ümidini özünə qaytaran Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində inşa olunmuş fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olduqdan sonra buraya köçən sakinlərlə görüşdü. Bu səmimi görüş zamanı səsləndirdiyi fikirlər ölkəmizin inkişafı və işğaldan azad olunmuş torpaqların gələcəyi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, bu gün Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Dövlət başçısı sakinlərlə görüşdə həm görülən işləri dəyərləndirdi, həm də vacib anonslar verdi.

O, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşasının planlaşdırıldığını və həmin komplekslərdə 10 mindən artıq insanın yaşayacağını bildirdi. Bununla yanaşı, Prezident İlham Əliyev Vaşinqtonda baş tutan görüşdən söz açaraq mühüm bir məqamı vurğuladı. Prezident söylədi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də Azərbaycandır. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, bu sənədin bəndləri hazırlanarkən Azərbaycanın mövqeyi əsas götürülüb və məhz bu mövqe bölgədə sabitliyin və davamlı sülhün bərqərar olmasında həlledici rol oynayıb. Prezidentin sözlərinə görə bu sənədin paraflanması ilə Ermənistan-Azərbaycan qarşıdurmasına faktiki olaraq son qoyulur. Bu təkcə siyasi yox, həm də tarixi bir dönüş nöqtəsidir. Ən mühüm məqamlardan biri isə odur ki, bu razılaşma ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru bağlantı artıq reallığa çevrilir.

Ölkə başçısı çıxışında daha bir mühüm məqama toxunaraq vurğuladı ki, artıq Naxçıvanla dəmir yolu əlaqəsi tam şəkildə müasirləşdiriləcək. Bununla yanaşı, Ermənistan ərazisində də yeni dəmir yolunun inşası planlaşdırılır və ən önəmlisi odur ki, Ermənistan bu öhdəliyi rəsmi olaraq öz üzərinə götürüb. Bu fakt təkcə nəqliyyat bağlantısının təmin olunması ilə yekunlaşmır. Həm də Azərbaycanın növbəti tarixi uğuru, regionda söz sahibi olan dövlət kimi mövqeyinin növbəti təsdiqidir. Prezident İlham Əliyev çıxışında Ermənistan - Azərbaycan normallaşma prosesinin artıq başa çatdığını bəyan edərək, imzalanmış sənədlərin ölkəmizin milli maraqlarını tam şəkildə təmin etdiyini vurğuladı. Bu kontekstdə dövlət başçısı illərlə fəaliyyətsiz qalan, formal olaraq mövcudluğunu sürdürən, lakin reallıqda heç bir rol oynamayan ATƏT-in Minsk qrupunun da tarix səhnəsindən silindiyini açıq şəkildə ifadə etdi. Cənubi Qafqazda artıq oyun qaydalarını başqaları deyil, Azərbaycan müəyyən edir. Azərbaycanın siyasi iradəsi, qətiyyəti və diplomatik uğurları regionda yeni reallıqlar yaradıb və bu reallıqlar isə artıq dəyişməzdir. Nəhayət, tarix göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması düzgün və zəruri bir addım oldu və əsas məqsəd ölkəmizin suverenliyini tam şəkildə bərpa etməkdən ibarət idi. Dırnaqarası Laçın dəhlizinin aradan qaldırılması və onun Laçın–Xankəndi yoluna çevrilməsi, eləcə də Ermənistan–Azərbaycan sərhədinin Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması bu məqsədə doğru atılan mühüm və tarixi addımlar sırasında yer alır. Milli hədəf isə Prezidentin qətiyyəti və uzaqgörən siyasəti sayəsində tam şəkildə gerçəkləşdi.

Ən əsası, Ölkəmiz suveren hüquqlarını bərpa etdi. Bu tarixi zəfərin davamı olaraq Prezident İlham Əliyev Kəlbəcər rayonunda sakinlərlə görüşür, onların məskunlaşdığı yeni evlərlə tanış olur. Bu xoşbəxtlik və qürur hər bir xalqa, hər bir liderə nəsib olmur. Qələbələri isə yalnız xalqının önündə gedən böyük liderlər qazandıra bilər! Azərbaycan isə lideri ilə birlikdə qələbə yolunda irəliləyir!

Salman Balakişiyev,

YAP Göygöl rayon təşkilatı üzrə Təhsil sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri