Icma.az
close
up
RU
Kəlbəcərin azad edilməsi Azərbaycanın tarixi qələbəsidir ŞƏRH

Kəlbəcərin azad edilməsi Azərbaycanın tarixi qələbəsidir ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın Zəfər tarixində mühüm yer tutan 25 Noyabr - Kəlbəcər Şəhəri Günü dövlətçilik ənənələrimizin möhkəmlənməsi, milli yaddaşın bərpası və tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər həm coğrafiyası, həm tarixi, həm də mədəni irsi ilə Azərbaycan dövlətçiliyinin qədim dayaqlarından biri olub. Ölkənin ən yüksək dağ rayonlarından sayılan bu bölgə əsrlər boyu Şərqi Zəngəzur və Qarabağ arasında strateji keçid rolunu oynayaraq siyasi, hərbi, iqtisadi və mədəni proseslərin mərkəzində yer alıb.

1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər uzun illər ərzində bölgənin böyük yaşayış məntəqələrindən biri kimi tanınmışdır. İşğala qədər rayon 1 şəhər, 1 qəsəbə və 145 kənddən ibarət olmuş, ümumi əhalisi 53 mindən artıq idi. Kənd təsərrüfatı, heyvandarlıq və xidmət sahələri bölgənin sosial-iqtisadi həyatını formalaşdırmış, rayonun təhsil, səhiyyə və mədəniyyət sahələri isə həmin dövrdə kifayət qədər inkişaf etmişdir.

Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Bu dövrdə 511 dinc sakin öldürülmüş, yüzlərlə insan əsir və itkin düşmüşdür. Minlərlə ailə öz yurdlarından didərgin düşərək ölkənin 56 rayonunun 770 məntəqəsində müvəqqəti yaşayışa məcbur olmuşdur. İşğal nəticəsində onlarla tarixi abidə məhv edilmiş, məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət ocaqları, yaşayış məhəllələri və inzibati binalar dağıdılmışdır. Maddi sərvətlərin Ermənistana daşınması, infrastrukturun tamamilə məhv edilməsi humanitar hüququn ciddi pozuntusu idi. Bununla belə, beynəlxalq qurumların hadisələrə adekvat reaksiya verməməsi ədalətin bərpasını uzun illər gecikdirmişdir.

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Həmin sənəd beynəlxalq hüquq baxımından aydın mövqe ortaya qoysa da, rəsmi İrəvan tələblərə əməl etmədi. Uzun illər ərzində bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparıldı, demoqrafik dəyişikliklərə cəhd edildi və bölgənin tarixi siması məqsədli şəkildə dəyişdirildi.

1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Həmin proses, xüsusən də Cenevrə Konvensiyalarının sərt şəkildə pozulması idi. Bütün bunlar işğalı dərinləşdirmək və bölgənin etnik strukturunu dəyişmək məqsədi daşıyırdı.

2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, dövlətin gücünün və ordunun hazırlığının uğurlu nəticəsini nümayiş etdirdi. Döyüşlərin ilk günlərində Kəlbəcərin şimal hissəsi üzərində nəzarətin bərpa olunması düşmənin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. 44 günlük müharibədə əldə edilən şanlı Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonunun 25 noyabrda Azərbaycana qaytarılması təmin olundu. Rayonun bütün yaşayış məntəqələri – ümumilikdə 147 kənd və şəhər dinc yolla azad edildi. Bu faktor həm hərbi, həm də diplomatik uğurların parlaq nümunəsi idi.

Kəlbəcəri tərk edən ermənilər evləri yandırmış, meşələri məhv etmiş və infrastrukturu məqsədli şəkildə dağıtmışdır. Bütün bunlar düşmənin barbar davranışlarının bariz nümunəsi kimi yadda qalmışdır. Həmin hərəkətlər beynəlxalq konvensiyalara görə müharibə cinayəti sayılır və bölgənin ekoloji tarazlığına ağır zərbə vurmuşdur.

2020-ci il noyabrın 26-da təsis edilən “Kəlbəcərin azad olunmasına görə” medalı bu istiqamətdə döyüşmüş hərbi qulluqçuların igidliyinə verilən ən yüksək dəyərlərdən biridir. Ümumilikdə 9455 nəfərin təltif olunması Kəlbəcər uğrunda mübarizənin nə qədər ağır və şərəfli olduğunu göstərir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü elan olunması bu rayonun bərpasının dövlət siyasətində mühüm yer tutduğunu təsdiqləyir. Bu amil həm tarixi ədalətin bərpasının təcəssümü, həm də gələcək inkişaf strategiyasının başlanğıcıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına” əsasən, şəhər ərazisinin 130 hektardan 290 hektara, əhalinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur.

Kəlbəcər həm qədim tarixə malik, həm də müasir inkişaf strategiyaları ilə gələcəyə doğru inamla irəliləyən bir məkandır. İşğaldan azad edildikdən sonra bu rayonda həyata keçirilən genişmiqyaslı tikinti və bərpa layihələri praqmatik dövlət siyasəti və milli həmrəyliyin təzahürüdür. 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması bu prosesə verilən yüksək dəyərin, eyni zamanda qayıdışın prosesinin davamlı və planlı şəkildə həyata keçirildiyini təcəssüm etdirir.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri