Icma.az
close
up
RU
Kəlbəcərin azad edilməsi: siyasi iradə və dövlət strategiyasının təntənəsi ŞƏRH

Kəlbəcərin azad edilməsi: siyasi iradə və dövlət strategiyasının təntənəsi ŞƏRH

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi müasir Azərbaycan tarixinin ən mühüm və şanlı səhifələrindən biri kimi qiymətləndirilir”.

Bu sözləri SİA- ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib.

Millət vəkili qeyd etdi ki, bu ərazi bir güllə atılmadan, hərbi əməliyyatlar aparılmadan Azərbaycanın nəzarətinə qaytarılmış və bununla da dövlətin diplomatik potensialı, siyasi uzaqgörənliyi və strateji idarəetmə mexanizmlərinin effektivliyi bariz şəkildə nümayiş etdirilmişdir. Bu prosesdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və davamlı diplomatik fəaliyyəti həlledici rol oynamışdır.

“Kəlbəcər kimi mürəkkəb relyefə malik, coğrafi və strateji baxımdan xüsusi əhəmiyyət daşıyan bir ərazi uğrunda mümkün hərbi toqquşmaların böyük insan tələfatına səbəb ola biləcəyi aydın idi. Bu baxımdan, onu qeyd etmək lazımdır ki, bölgənin sülh yolu ilə azad edilməsi həm humanizm prinsiplərinə, həm də milli təhlükəsizlik strategiyasına uyğun bir qərar kimi dəyərləndirilə bilər. Bu kontekstdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi isə daim ehtiramla yad edilməlidir.

Kəlbəcərin azad edilməsinin növbəti ildönümlərində 1993-cü ildə baş verən proseslərə nəzər salmaq və həmin dövrün siyasi, sosial və idarəetmə reallıqlarını təhlil etmək zəruridir. Kəlbəcərin işğalı Azərbaycanda siyasi xaos, hakimiyyət böhranı və dövlət institutlarının zəifliyi fonunda baş vermişdir. Bu dövrdə əhali arasında kütləvi köç, itkinlər və mülki tələfat yaşanmış, bölgə sakinləri ağır humanitar fəlakətlə üz-üzə qalmışdır.

Əksinə, 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi isə güclü dövlətçilik ənənələrinin, stabil siyasi idarəetmənin və milli birliyin nəticəsi kimi meydana çıxmışdır. Bu proses Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir şəraitə uyğun şəkildə davam etdirilən dövlətçilik siyasətinin məntiqi yekunu kimi qiymətləndirilə bilər.

Azadlıqdan sonrakı mərhələdə Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Dövlət proqramları çərçivəsində infrastruktur layihələri reallaşdırılır, avtomobil yolları çəkilir, enerji və kommunikasiya şəbəkələri qurulur, sosial obyektlər inşa edilir. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qaytarılması üçün müasir yaşayış kompleksləri tikilir və onlar dövlət dəstəyi ilə yeni mənzillərlə təmin olunurlar.

Bununla yanaşı, Kəlbəcərdə kənd təsərrüfatı, turizm və rekreasiya potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. Xüsusilə “İstisu” sanatoriyasının bərpası və müasir kurort kompleksinə çevrilməsi bölgənin gələcəkdə beynəlxalq miqyasda tanınan turizm mərkəzinə çevriləcəyinə dair real gözləntilər formalaşdırır.

Eyni zamanda, tarixi və mədəni irsin qorunması məqsədilə abidələrin bərpası, elmi və mədəni həyatın yenidən canlandırılması da prioritet istiqamətlərdəndir. Bu, yalnız fiziki ərazilərin deyil, həm də milli kimliyin və tarixi yaddaşın dirçəldilməsi anlamını daşıyır.

Kəlbəcərin azad olunması və yenidən qurulması prosesi göstərir ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən strateji xətt kimi öz aktuallığını qoruyur. Bu kurs milli dövlətçiliyin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün təmininə və ölkənin gələcək hədəflərinin aydın şəkildə formalaşmasına xidmət edir. Bu baxımdan, sözügedən siyasətin davamlılığı Azərbaycanın sabit və dayanıqlı inkişafının əsas təminatçısı kimi qiymətləndirilməlidir”.

Müəllif: Günay Hacıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri