Kəlbəcərin bu kəndində su və kanalizasiya tikintisinə başlanılır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Kəlbəcər rayonunun Zallar kəndində xarici su təchizatı və tullantı su infrastrukturunun yaradılması üzrə işlərə başlanılır.
Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Zallar kəndində müvafiq işlərin görülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Müvafiq işlərin icrası “İnvestAZ” MMC-yə həvalə olunub və bununla bağlı qurumla şirkət arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, işlərin həyata keçirilməsi üçün “İnvestAZ” MMC-yə 3,997 milyon manat ödəniləcək.
Layihə çərçivəsində Zallar kəndinin xarici su təchizatı sisteminin, tullantı su şəbəkəsinin və müvafiq qurğuların tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Sentyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















