Icma.az
close
up
RU
Kəlbəcərin yenidən qurulması üçün böyük işlər görülür ŞƏRH EDİLDİ

Kəlbəcərin yenidən qurulması üçün böyük işlər görülür ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Kəlbəcər işğal edildikdən sonra yerlə-yeksan edilmişdi, alt-üstə çevrilmişdi. Heç bir zərurət olmadan Kəlbəcərin bütün tikililəri məhv edilmişdi. Yəni azad edildikdən sonra biz oranı gördük, ürək ağrısı ilə izlədi. Həqiqətəndə insanlar nə qədər də vəhşiləşmiş olmalıdır ki, bu və ya digər şəkildə öz nəzarətinə keçirdiyi ərazinin altını üstünə çevirsin. Bəllidir ki, Kəlbəcərdə işğal edildiyi zaman güclü döyüşlər getməyib. Yəni geniş ərazini əhatə edən döyüşlər getməyib. Yəni orada dağıntıların olması üçün səbəb yox idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, təbii ki, müəyyən dağıntılar olub, amma büsbütün dağıdılması üçün hər hansı səbəb olmayıb: "Belə bir şəraitdə artıq 30 ilə yaxın bir müddətdən sonra azad edilmiş Kəlbəcəri görəndə bir daha əmin olduq ki, düşmən həqiqətəndə çox amansız, qəddar insanlıqdan uzaqdır. İndi isə Kəlbəcərin işğaldan azad edilməsindən 5 il keçir. Bu müddət ərzində Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyevin başçılığı altında oranın yenidən qurulması üçün böyük işlər görülür. Kəlbəcərin isti suyu artıq bizim süfrələrimizdədir. Azərbaycanın hər yerində əlçətandır. Yəni istehsal müəssisə qurulub. Arıçılıq təsərrüfatları haqqında məlumatları hamımız izləyirik. Arıçılar ora qayıdıblar və öz dədə-baba işləri ilə məşğuldurlar. Kəlbəcər şəhərinin bərpası istiqamətində böyük işlər görülür. Yeni yaşayış evləri tikilir və bu il kəlbəcərlilərin ilk heyətinin öz torpaqlarına dönəcəyi gözlənilir. Yəni Azərbaycan dövləti mümkün olandan da artıq edir ki, tikinti-quruculuq işləri aparılsın və o torpaqlar yenidən canlansın. Bizim dövlətimiz bununla dünyaya həmin yerlərin əsl sahibinin kim olduğunu göstərir. Ermənilər o torpağı ələ keçirdikdən sonra altını üstünə çevirib darmadağın etdilər, biz isə oranı azad etdikdən sonra tikib qururuq. Təbiidir ki, əsl sahibi olaraq oranı sahiblənirik. Bizim fərqimiz bundadır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri