Icma.az
close
up
RU
Kəlbəcərin milli iqtisadiyyata töhfəsi böyük olacaq ŞƏRH

Kəlbəcərin milli iqtisadiyyata töhfəsi böyük olacaq ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı. Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buraya köçən sakinlər ilə görüşdü. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünövrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi. Prezident, həmçinin rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş Murovdağ tunelinin texniki açılışını etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı.

AZƏRTAC xəbər verir ki, bu barədə fikirlərini bölüşən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri iqtisad elmləri doktoru Aqil Əsədov Kəlbəcərin ölkə iqtisadiyyatına nəzərəçarpacaq qədər qatqı vermək potensialına malik, təbii-iqtisadi resurslarla zəngin bir rayon olduğunu bildirib. O qeyd edib ki, rayonun qızıl, mis, civə və digər qiymətli material ehtiyatları, müalicəvi bulaqları, dağ, yaylaq, kanat, qış turizminin inkişafı üçün geniş imkanları, dərman bitkiləri, heyvandarlığın inkişafı imkanları, arıçılıq üçün münbit şərait və s. mövcuddur: “Bütün bunların məcmusu onu deməyə əsas verir ki, ilkin proqnozlara görə, Kəlbəcər iqtisadiyyatı ölkə iqtisadiyyatına, azından 2-3 faizlik töhfə vermək imkanındadır.

Qeyd edilən imkanların reallaşdırılması isə, təbii ki, zəruri infrastruktur quruculuğu və lazımi bazarlara asan çıxış ilə mümkündür. Bu baxımdan, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Murovdağ tuneli, Kəlbəcər-Laçın yolu, Laçın Beynəlxalq Hava Limanı böyük əhəmiyyət kəsb edir. İlk növbədə, bu yollar, eləcə də rayonun öz daxilində yaşayış məntəqələri arasında salınan müasir yollar inteqrasiya və bazarlara çıxış baxımından olduqca önəmlidir. 81 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu yolunun 11,6 kilometrini Murov dağının altından salınan tunel təşkil edir. Artıq işlərin yekunlaşmaq üzrə olduğu bu tunel mürəkkəb relyefə malik Kəlbəcərlə ilin bütün fəsillərində rahat əlaqə saxlamaq imkanı yaradacaq. Ümummilli Lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri yolların əhəmiyyətini tam mənası ilə ifadə edir. Harada yol var, orada inkişaf var, ona görə ki, yollar istehsal-satış proseslərini tamamlamağa və beləliklə, fasiləsiz fəaliyyəti təmin etməyə şərait yaradır”.

Aqil Əsədov qeyd edib ki, bu gün Kəlbəcərə Laçından, Murovdan (Ömər aşırımı), Ağdərədən, Suqovuşandan getmək mümkündür: “Yaxın zamanda Toğanalı-Murovdağ-İstisu yolu istifadəyə veriləcək ki, bu da rayonun və regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 76 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu, yol üzərində tunellərin, yol ötürücülərinin inşası davam etdirilir. Bu yol Kəlbəcərin Laçın Beynəlxalq Hava limanı ilə əlaqələrini intensivləşdirəcək. Gələcəkdə isə Kəlbəcərə dəmir yolunun çəkilişi nəzərdə tutulur ki, bu da regionun dəmir yolu ilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışına imkan yaradacaq. Əsas məqamlardan biri odur ki, uzun illər sərt relyefə malik yolların ümidinə qalmış Kəlbəcərə dəmir yolu çəkilməsinin də konseptual layihəsi hazırlanıb. Dəliməmmədli-Kəlbəcər dəmiryol xətti əsasən sərt iqlim şəraiti ilə fərqlənən Kəlbəcər və Laçın rayonlarının turizm perspektivli ərazilərinin potensialından istifadə olunması, eləcə də sərnişinlər üçün avtomobilə alternativ nəqliyyat xidmətlərinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dəmir yolunun çəkilişi regionda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin, istehsalçıların bazara çevik və asan çıxışına şərait yaratmaqla dinamik inkişafa təsir edəcək. Bütün bunlar nəinki qısa zamanda Kəlbəcərdə qaynar həyatı tam bərpa edəcək, ümumilikdə regionun inkişafına ciddi töhfə verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri