Icma.az
close
up
RU
Kələm sahələrinin sığortası davam edir şərtlər, məbləğlər

Kələm sahələrinin sığortası davam edir şərtlər, məbləğlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə tərəvəz bostan məhsullarının sığortası davam edir.

Aqrar sığortanın müxtəlif hadisələrdən və təbii fəlakətlərdən qoruduğu bitkilərdən biri də kələm əkinləridir.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda kələm təqribən 4 min hektar ərazidə əkilir. Ən böyük kələm əkinləri Bərdə (906 ha), Şəmkir (600 ha), Gədəbəy (390 ha), Qusar (510 ha), Xaçmaz (106 ha), Ağdaş (172 ha), Balakən (119 ha), Zaqatala (118 ha), Quba (90 ha) və digər rayonlarındadır.

Kələm bol məhsul verən bitkidir. Hər hektardan orta hesabla 22 ton məhsul yığılır, bəzi rayonlarda bu göstərici 27 tona çatır.

İqlimə həssaslığı nəticəsində kələm təbiət risklərinə qarşı çox həssasdır. İstənilən təbiət hadisəsi kələmi zədələyə və onun məhsuldarlığını və dəyərini azalda bilər.

Bitkini belə hallardan yalnız aqrar sığorta vasitəsilə qorumaq mümkündür. Aqrar Sığorta Fondu kələm əkinlərini dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən qoruyur.

Sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi ödənişlə kələm sahələrini sığorta edə bilərlər. Belə ki, ölkənin ən çox kələm əkildiyi Qarabağ, Şimal və Mərkəzi Aran regionlarında 1000 manatlıq kələmin sığortalanması fermerə 8,5-9,5 manata başa gəlir. Məsələn, Xaçmaz rayonunda kiloqramın qiyməti 40 qəpik olmaqla 30 ton məhsul yığılan, yəni 12 min manatlıq məhsul gözlənilən 1 hektar kələm sahəsini sığorta etmək üçün fermer cəmi 114 manat ödəyir.

Kələm sahəsini dolu vurması nəticəsində məhsulun əmtəə keyfiyyətinin, yəni görünüşünün itirilməsindən və nəticədə qiymətinin aşağa düşməsindən də sığortalamaq mümkündür. Bu sığorta riskinin də əlavə edilməsi sığorta haqqını hər 1000 manat kələm üçün təqribən 1 manat artıracaq.

Ölkənin bölgələri üzrə kələm sığortası tarifləri fərqlidir. Azərbaycanın müxtəlif regionlarında kələm sahəsini sığorta etmək üçün fermerin ödəməli olduğu məbləğlər aşağıdakı kimidir:

Azərbaycanın müxtəlif regionlarinda 1000 manatlıq kələm məhsulunun sığorta qiyməti:

Gəncə-Daşkəsən – 16,8 manat

Mərkəzi Aran – 8,5 manat

Quba-Xaçmaz – 9,5 manat

Şəki-Zaqatala – 20,4 manat

Dağlıq Şirvan – 11,0 manat

Lənkəran-Astara – 10,0 manat

Abşeron-Xızı – 8,0 manat

Qarabağ – 16,8 manat

Bakı – 10,1 manat

Qazax-Tovuz – 16,8 manat

Şərqi Zəngəzur – 16,8 manat

Mil-Muğan – 8,5 manat

Şirvan-Salyan – 8,5 manat

Aqrar Sığorta Fondu kələm becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.

Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri