Icma.az
close
up
RU
Azərbaycanda qarpız sahələrinin sığortalanması mövsümü başlayıb şərtlər, məbləğlər

Azərbaycanda qarpız sahələrinin sığortalanması mövsümü başlayıb şərtlər, məbləğlər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə bostan bitkilərinin, o cümlədən qarpız bitkisinin sığortalanması mövsümü başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq qarpız becərən fermer və təsərrüfatlar dövlətin güzəştli aqrar sığortası vasitəsilə öz əkin sahələrini çoxsaylı hadisələrdən sığorta edə bilərlər.

Qarpız Azərbaycanda ən geniş sahədə əkilən bostan bitkilərindəndir. Hazırda ölkəmizdə 14 500 hektar sahədə qarpız becərilir. Qarpız əkin sahələrinin böyük hissəsi – 5 660 hektar və ya bütün sahələrin 40 faizi Mil-Muğan regionunun payına düşür. Belə ki, təkcə Sabirabad rayonunda 3500 hektar, Saatlı rayonunda isə 1600 hektar sahədə qarpız becərilir. Bundan başqa, qarpız Mərkəzi Aran, Qarabağ, Şəki-Zaqatala regionları, Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə də geniş əkilir.

Qarpız sahələri Kürdəmirdə 1440, Bərdədə 1230 hektar, Ağcabədidə 1030, Salyanda 750 və Zaqatalada 740 hektara çatır.

Qarpız bitkisinin məhsuldarlığı da kifayət qədər yüksəkdir, 2024-cü ildə 1 hektar qarpız sahəsində məhsuldarlıq orta hesabla 280 sentner olub.

Əkin sahələrini, məhsudarlığını və qiymətini nəzərə aldıqda qarpız bitkisi ölkənin ayrı-ayrı regionlarında fermerlərin gəlirlərinin əsas hissəsini təşkil edir.

Bundan başqa, qarpız ixrac ediən məhsullar sırasındadır. Belə ki, 2022-ci ildə ölkədən xaricə ümumi dəyəri 6,5 milyon dollar olan 14 min ton, 2023-cü ildə ümumi dəyəri 5,2 milyon dollar olan 12,2 min ton, 2024-cü ildə isə xaricə ümumi dəyəri 4,3 milyon dollar olan 9 min ton qarpız ixrac edilib.

Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta mexanizmi qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Qarpız əkən fermerlər və təsərrüfat sahibləri onu baza sığorta zərfindən əlavə, ayrıca olaraq dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.

Sığorta haqqının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödəniş elməklə qarpız sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər.

Qarpız təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17 - 5,12 faiz arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 2,26 faiz təşkil edir. Hesablanan sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, Sabirabad rayonunda 1000 manatlıq qarpız bitkisinin sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir.

Məhsuldarlığı 200 sentner, 1 sentnerin qiyməti 20 manat, yəni ümumilikdə 4 000 manatlıq məhsul gözlənilən qarpız sahəsinin baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq fermerlərə 43,4-102,4 manata başa gəlir.

Artıq ölkəmizdə qarpız sığortasından faydalanan, yəni qarpız sahələrində baş vermiş hadisələrə görə ödəniş alan fermerlər də var. Belə ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən Samux raonunda sel-subasma hadisəsi baş vermiş qarpız sahəsi üzrə fermerə 94 min 500 manat, Kürdəmir rayonunda isə dolu hadisəsi nətiəsində zərər çəkmiş qarpız sahəsi üzrə fermerə 12 min 966 manat ödəniş edilib.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri