Icma.az
close
up
RU
Yemiş sahələrinin sərfəli şərtlərlə sığortasına başlanıldı şərtlər, məbləğlər

Yemiş sahələrinin sərfəli şərtlərlə sığortasına başlanıldı şərtlər, məbləğlər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə yemiş (qovun) sahələrinin sığortalanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən aqrar sığorta vasitəsilə fermer və təsərrüfat sahibləri yemiş sahələrini çoxsaylı risklərdən qoruya bilərlər, bu zaman sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Qeyd edək ki, Azərbaycanda yay süfrəsinin ayrılmaz təamı olan yemiş-qovun təxminən 5 min hektar sahədə əkilir.

Bu bitki ən çox Mil Muğan və Mərkəzi Aran regionlarında becərilir. Ölkədə yemişin ən çox əkildiyi rayon Saatlıdır – 912 hektar və ya ölkə üzrə bütün yemiş sahələrinin təqribən 20 faizi bu rayonun payına düşür.

Bundan başqa, Kürdəmir rayonunda 672 hektar, Sabirabadda 650 hektar, Ağsu rayonunda 420 hektar, Salyanda 276 hektar, Masallıda 248 hektar, Hacıqabulda isə 218 hektar sahədə yemiş-qovun becərilir.

Ötən il ölkəmizdə 90 min tondan artıq yemiş yığılıb.

Yemişin məhsuldarlığı ortadır – ölkə üzrə bir hektar sahədən orta məhsuldarlıq 18,5 tona çatır. Bəzi rayonlarda bu göstərici daha yüksəkdir. Məsələn, Saatlıda 1 hektardan 286 sentner, Sabirabadda 258 sentner, Qazaxda 250 sentner, Zərdabda 242 sentner, Ağcabədidə 241 sentner, Göyçayda 210 və Kürdəmirdə 192 sentner məhsul götürülür.

Aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Yemiş becərən fermerlər əkin sahəsini baza sığorta zərfi ilə yanaşı, əlavə ödəniş etməklə, doludan keyfiyət itkisi riskindən də sığorta edə bilərlər. Doludan keyfiyyət itkisi dolu vurması nəticəsində yemişin miqdarca deyil, keyfiyyətcə zərər görməsi, yəni məhsulun üzərinə ləkələr və sair düşməsidir. Nəticədə məhsulun əmtəə görünüşü pisləşir və satışında problem yaranır. Fermerlər bu məhsulu əvvəl planlaşdırdıqlarından daha aşağı qiymətə satmalı olurlar. Doludan kefiyyət itkisi sığortası isə bu zərərləri qarşılamağa imkan verir.

Yemiş təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,87 - 4,56 faiz arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,96 faiz təşkil edir. Hesablanan sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir.

Məsələn, Sabirabad-Saatlı bölgəsində kiloqramının qiyməti 80 qəpik, məhsuldarlığı 120 sentner olan, yəni 12 ton yemiş məhsulu gözlənilən 1 hektar yemiş sahəsini baza zərfi ilə sığorta etmək üçün sığorta haqqı 188 manat təşkil edir. Bu məbləğin 50 faizini dövlət ödədiyinə görə, fermer cəmi 94 manat ödəniş etməklə, 1 hektar sahəni çoxsaylı risklərdən qoruya bilir.

Həmin sahəni doludan keyfiyyət itkisindən, yəni məhsula ləkələrin düşməsindən sığorta etmək üçün isə əlavə 19 manat ödəmək kifayətdir.

Xatırladaq ki, yemiş bitkisi təbiət hadisələrinə çox həssasdır. Əvvəlki illərdə, xüsusilə də ötən il respublikanın müxtəlif bölgələrində baş vermiş təbiət hadisələri yemiş-qovun sahələrinə böyük zərər vurub. Məsələn, Ağsu rayonunda dolu vurması nəticəsində fermerlərin onlarla hektar sahəsində yemiş bitkiləri məhv olub. Fermerlərə böyük zərər dəyib.

Aqrar Sığorta Fondu yemiş-qovun bitkii əkən femerləri öz məhsullarını qorumağa və böyük zəhmət hesabına yetişdirilən məhsullarını sığortalamağa çağırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri