Icma.az
close
up
RU
Kelloq: “Minsk sazişlərinin təkrarı olmayacaq”

Kelloq: “Minsk sazişlərinin təkrarı olmayacaq”

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Amerikanın “Fox Business” mühafizəkar telekanalının efirində ABŞ-nin gələcək prezidentinin Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhü təmin edəcək razılaşmalara nail olmaq istədiyini vurğulayıb.
Minsk razılaşmalarını xatırladan Kelloq, keçmişdə də oxşar cəhdlərin edildiyini, lakin onların “iflasa uğradığını” deyib. O, əmindir ki, Tramp bu vəziyyətin bir daha təkrarlanmasına imkan verməyəcək.
“Prezident müttəfiqləri ilə, eləcə də Vladimir Putinlə münasibətlərin vacibliyini anlayır. O, bunu son çatıra biləcək adamdır və mən həqiqətən də bunu nisbətən yaxın gələcəkdə edəcəyinə inanıram”, - gələcək prezidentin gələcək xüsusi nümayəndəsi bildirib.
Xatırladaq ki, 2014-2015-ci illərdə əldə olunan Minsk razılaşmaları Donbassdakı vəziyyəti həll etmək üçün əsas tədbirləri müəyyənləşdirdi: atəşkəs, ağır silahların döyüş xəttindən çıxarılması və nizamlanmanın bir sıra siyasi prinsipləri.
Lakin 2022-ci il fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Moskvanın “Donetsk və Luqansk xalq respublikaları”nı tanımasından sonra Minsk razılaşmalarının artıq mövcud olmadığını açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski, öz növbəsində, bildirdi ki, o, razılaşmaların həllinə gətirib çıxarmayacağını və ölkənin suverenliyinin qorunub saxlanmasına zəmanət verməyəcəyini anladığı üçün onların icrasından imtina etmək qərarına gəlib. Zelenski həmin razılaşmaların Kiyevə zorla sırındığını iddia edib.
Maraqlıdır ki, Minsk sazişlərinin imzalanması prosesində iştirak etmiş Almaniyanın o vaxtkı kansleri Angela Merkel onlatrı “Ukrayna ordusunu gücləndirmək üçün ona vaxt vermək cəhdi” adlandırıb və Fransa prezidenti Fransua Olland da onunla razılaşıb. O vaxtdan bəri bu sözləri dəfələrlə şərh edən Rusiya hakimiyyəti heç kimin razılaşmaları yerinə yetirmək niyyətində olmadığını, Rusiyanın aldadıldığını və bunun vəziyyəti daha da gərginləşdirdiyini bildirib.
Tramp müharibəni dərhal dayandırmaq istədiyini deyib Qeyd edək ki, Donald Tramp dəfələrlə Kiyevə hərbi yardımı dayandırmaq və danışıqlar prosesinə başlamaq planlarını açıqlayıb. Zelenski ilə bu il bir neçə dəfə (sonuncu dəfə dekabrın 7-də Parisdə) görüşən Tramp, problemin həlli yollarını müzakirə etmək üçün Putinlə danışmağı səbirsizliklə gözlədiyini bildirib. Rusiya prezidenti görüşə hazır olduğunu desə də, Kreml bununla bağlı “indiyədək heç bir real impuls”un müşahidə edilmədiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see317

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see300

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see298

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see247

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see214

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see212

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see210

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see208

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see208

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see206

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see204

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see202

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see188

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see185

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see183

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see180

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see171

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see165

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri