Kəmaləddin Heydərov Türkiyə daxili işlər nazirinə başsağlığı verib, FHN in dəstək tədbirləri görməyə hazır olduğunu bildirib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib.
FHN-dən APA-ya verilən məlumata görə, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.
Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib.
Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.
Türkiyəli nazir Ə.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















