Icma.az
close
up
RU
Ölməz şairin muzeyi BAXIMSIZ vəziyyətdə Ağaclar susuzluqdan QURUYUR VİDEO

Ölməz şairin muzeyi BAXIMSIZ vəziyyətdə Ağaclar susuzluqdan QURUYUR VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ölməz sevgi şairi Mikayıl Müşfiqin ata yurdu – Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyi baxımsız vəziyyətdədir. Vaxtilə böyük fədakarlıqlarla yaradılan muzey bu gün həm təbii fəlakətlərin, həm də laqeydliyin qurbanına çevrilib.
1988-ci ildə Əbülhəsən Əhmədov, Cabir Novruz, Tofiq Novruzov və digər müşfiqsevərlərin təşəbbüsü ilə tikilən muzeyə 1994-cü ildə rəsmi status verilib.
 

Ancaq bu gün 88 il əvvəl müəmmalı şəkildə qətlə yetirilən, meyiti Xəzər sularına atılan Mikayıl Müşfiqin xatirəsini yaşadan bu məkandan gələn görüntülər təəssüf doğurur.


Cəmi 72 kvadratmetr sahəsi olan bir otaqda yerləşən eksponatlar yetərincə işıqlandırılmır. Muzeyin həyəti isə susuzluq səbəbindən səhranı xatırladır. Son iki ildə bölgəyə yağan güclü sel suları muzeyin həyəti viran qoyub.
İçməli su xəttini sıradan çıxarıb. Bu səbəbdən muzeyin həyətindəki ağacların çoxu  quruyub. Muzey əməkdaşları yaxınlıqdakı kiçik çaydan su daşıyaraq ağacları qorumağa çalışsalar da, bu, vəziyyəti xilas etməyə kifayət etməyib. Güclü sel suları Müşfiq muzeyinin həyətini sanki şairin taleyi kimi darmadağın edib.
Sumqayıt-Xızı Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov ötən il Mədəniyyət Nazirliyinin nümayəndələrinin muzeyə baxış keçirdiyini və sənədləşmə apardıqlarını qeyd edib.
Həmçinin bildirilib ki, 2026-cı ildə muzeyin binasının bərpası nəzərdə tutulur:
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov bildirib ki, keçən il sel nəticəsində zərər görən digər ərazilərlə yanaşı, Mikayıl Müşfiqin xatirə muzeyinin yerləşdiyi ərazi barədə də aidiyyəti qurumlara rəsmi məktub ünvanlayıblar. 
İllərin və təbiətin sınağından çıxan Müşfiqin xatirə muzeyi bu gün yenilənməyə möhtacdır. Müşfiqsevərlər isə ümid edirlər ki, şairin irsinə layiq mədəni məkan yaxın illərdə bərpa olunacaq.

Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri