Icma.az
close
up
RU
Kənd təsərrüfatı naziri COP29 çərçivəsində müzakirələrdə iştirak edir FOTOLAR

Kənd təsərrüfatı naziri COP29 çərçivəsində müzakirələrdə iştirak edir FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 22-dək davam edəcək COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Mavi Zona ilə paralel olaraq Yaşıl Zonada da tədbirlər davam edir.

"Unikal" xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Yaşıl Zona”da "AgriFuture 2024: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzunda tədbir keçirilib. Tədbirdə dayanıqlı və ədalətli gələcək üçün qadınların, gənclərin və innovasiyaların gücləndirilməsinin iqlim təsirlərinə davamlı kənd təsərrüfatında rolu və iqlim fəaliyyətinə təsiri, iqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri mövzularında panel müzakirələr keçirilib. 

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı cəmiyyətin əsasını təşkil etməklə iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğu vurğulanıb. 

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) İcraçı deirektoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların və gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.  

Nazir Məcnun Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün növbəti gündə daha ətraflı müzakirələrə açılacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Hamoniya kənd təsərrüfatında, qida sistemlərində və su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək, davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək. 

“İqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri” mövzusunda panel sessiyada Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (İCARDA) mütəxəssisi Akmal Əkrəmxanov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, “Agroficient” startapının baş direktoru Emil Hüseynli, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova və CGIAR-ın Mərkəzi və Qərbi Asiya və Şimali Afrika üzrə regional direktoru Aly Abousabaa öz çıxışlarında fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, rəqəmsal kənd təsərrüfatı, torpaq və su resurslarından səmərəli istifadə, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzularına toxunub, tədbir iştirakçılarının suallarını cavablandırıblar.  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri