Icma.az
close
up
RU
Nazir COP29 çərçivəsində panel müzakirələrdə iştirak edib FOTOLAR

Nazir COP29 çərçivəsində panel müzakirələrdə iştirak edib FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib.

"Unikal" xəbər verir ki, “GP Cotton Holdings”in təşkilatçılığı ilə keçirilən müzakirələrin məqsədi pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq olub. 

Müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, GP Cotton Holdings şirkətinin sədri Young Simpson, Better Cotton Initiative təşkilatının Standartlar üzrə Direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) İcraçı Direktoru Erik Traxtenberg, UzTextile Assosiasiyasının sədri Mirmuxsin Sultanov və Prime Cotton şirkətinin baş direktoru Rövşən Mahmudov davamlı təcrübələrin dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq istiqamətində fikirlərini bölüşüblər. 

GP Cotton Holdings şirkətinin sədri Young Simpson bildirib ki, Better Cotton Initiative ilə əməkdaşlıq etmək GP Cotton və Azərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. Azərbaycan BCI standartlarına uyğunlaşaraq, Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilər. 

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə pambıqçılıqda tətbiq olunan yeni texnologiyalar, pambıq əkinlərində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə yönəlmiş dəstək mexanizmləri, pambıqçılıqda dəyər zəncirinin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. 

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri