Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Nazir COP29 çərçivəsində panel müzakirələrdə iştirak etdi FOTOLAR

Nazir COP29 çərçivəsində panel müzakirələrdə iştirak etdi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirə keçirilib

"Unikal" xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirə keçirilib. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mavi zona”da fəaliyyət göstərən pavilyonunda baş tutan tədbirdə COP29 Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünə uyğun aqro-ərzaq sistemlərində ədalətli keçid, inklüziv proses vasitəsilə dayanıqlı ərzaq sistemləri üçün maliyyənin genişləndirilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatına nail olmaq üçün zəruri olan maliyyə alətləri və investisiyaları təşviq edən elmi əsaslı həllər mövzuları müzakirə edilib. 

Panel müzakirənin moderatorluğunu Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin(ICARDA) Baş Direktorunun Ofisində İqlim Dəyişikliyi üzrə Baş məsləhətçisi Roula Majdalani edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında da müəyyən paya malikdir. Bununla belə, kənd təsərrüfatı sektoru emissiyalarınazaldılması, dayanıqlılığın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsində misilsiz potensialı var.Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqro-ərzaq sistemlərinə keçidin təməl daşlarıdır. 

Nazir bildirib ki, Azərbaycan hökuməti iqlimə uyğun ağıllı kənd təsərrüfatının formalaşdırılmasına xüsusi diqqət yetirir. Fəaliyyət strategiyasının mərkəzində kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyası, uyğun siyasətlərin hazırlanması, innovasiyaların təşviqi, dəqiq əkinçilik, torpaq və su resurslarının mühafizəsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, iqlimə dayanıqlı metodların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dayanır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə kontekstində qlobal əməkdaşlıq üçün mərkəzi platforma rolunu oynayır, davamlı həlləri miqyasını genişləndirmək, fermerlərin, xüsusilə də qadın və gənclərin səlahiyyətlərini artırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə birgə fəaliyyəti uyğunlaşdırır. İqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalan Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə vermək üçün səylə çalışır. 

Müzakirələrdə çıxış edən ICARDA-nın İdarə Heyətinin üzvü Charles Spillane, FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Təbii sərvətlər üzrə baş mütəxəssisi İnkar Kadırjanova, JRT Təşəbbüsünün İcraçı direktoru Melissa Pinfield, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İqlim uyğunlaşması və təbiətin maliyyələşdirilməsi üzrə direktor müavini Rachael Barza, COP29 Prezidentliyinin eksperti Sona Abdullayeva, “İqlim, İqlim Dəyişikliyi və Cəmiyyət" (CLICCS) Mükəmməllik Klasterində Yer Sistemi Tədqiqatları və Davamlılıq Mərkəzinin (CEN) baş elmi işçisi Jan Vilkens iqlim dəyişikliyi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması, aqro-ərzaq sistemlərində ədalətli keçid prosesində tədqiqat və innovasiyaların rolu, dayanıqlı kənd təsərrüfatı sistemlərində ədalətli və inklüziv transformasiyanı dəstəkləmək üçün əsas maraqlı tərəflər arasında əməkdaşlığın təşviqi, yaşıl enerji və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə qadınların rolunun daha da artırılması, aqro-ərzaq sistemlərində ədalətli keçid konsepsiyaların Milli Uyğunlaşma Planlarına (NAP) və Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüblər. 

Tədbir iştirakçıları kənd təsərrüfatında əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı, aqrar sahədə məhsuldarlığın artırılması üçün elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri