Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir

Kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişafı şərtləndirir. Prezident İlham Əliyevin may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı və onun ardınca imzalanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” haqqında Sərəncamı ölkənin sosial xəritəsini, yaşayış fəlsəfəsini, istehsal münasibətlərini və gələcək prioritetlərini dəyişməyə yönələn mühüm hadisədir. Bu mühüm məqamı da qeyd edək ki, ölkədə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi, modernləşdirilməsi, bu sahəyə dövlət dəstəyinin maksimum səviyyəyə çatdırılması ilə yanaşı, səmərəliliyinin artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir. Bunun üçün mühüm addımlar atılır, Fərman və sərəncamlar imzalanır, Dövlət Proqramları qəbul edilir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının kənd təsərrüfatının dirçəldilməsində oynadığı roldur. Son 20 ildə regionlarda qazlaşdırma, elektrik təminatı, yol infrastrukturu, su anbarları və suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün fundamental baza formalaşdırıb. Bu gün ölkədə qazlaşmanın 96 faizə çatması, elektrik enerjisinin tam təmin olunması, magistral və kənd yollarının yenilənməsi, Taxtakörpü və Şəmkirçay kimi strateji su layihələrinin istifadəyə verilməsi aqrar istehsalın genişlənməsi üçün mühüm iqtisadi üstünlüklər yaradıb. Kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiyyəti vardı. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər verilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi: “Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir”. Bu fikir təsadüfi səslənmədi. Çünki artıq yeni mərhələdə əsas məsələ istehsalın sadəcə artımı deyil, məhsuldarlığın, səmərəliliyin və bazar uyğunluğunun təmin edilməsidir. Müşavirədə səslənən rəqəmlər Azərbaycanın aqrar sektorunun həm uğurlarını, həm də həllini gözləyən problemlərini aydın göstərdi. Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”. Qlobal miqyasda davam edən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bütün dövlətləri daxili ərzaq istehsalını artırmağa vadar edir. Prezident İlham Əliyevin çıxışında da bu məqam xüsusi vurğulanıb. Azərbaycanın bəzi strateji məhsullar üzrə idxaldan asılılığı hələ də qalır. Xüsusilə buğda təminatında 55 faiz göstəricisi qəbuledilməz hesab edilir. Hazırda ölkədə 1 milyon 573 min ton daxili istehsala qarşı 1 milyon 267 min ton idxal mövcuddur. Bu isə göstərir ki, aqrar siyasətin əsas hədəfi yalnız istehsalın artırılması deyil, strateji məhsullar üzrə dayanıqlı təminat modelinin qurulmasıdır. Digər tərəfdən tərəvəz, meyvə, bostan məhsulları, şəkər, yumurta və bəzi digər istiqamətlər üzrə Azərbaycanın artıq ixracatçı ölkəyə çevrilməsi kənd təsərrüfatında rəqabət üstünlüyünün formalaşdığını göstərir. Görülən və görüləcək tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Yeni Dövlət Proqramının fəlsəfəsi yalnız subsidiyalara əsaslanmır. Burada əsas vurğu texnologiya, torpaq idarəçiliyi, bazar yönümlü istehsal və investisiya modelinə edilir.

Prezident torpaqların elektron xəritələşdirilməsi, süni intellekt, peyk monitorinqi və hər torpaq sahəsinin “pasportlaşdırılması” ideyasını xüsusi vurğuladı. Bu yanaşma artıq kənd təsərrüfatının ənənəvi idarəetmə modelindən dəqiq kənd təsərrüfatı modelinə keçidin siqnalıdır. Müşavirənin ən diqqətçəkən məqamlarından biri urbanizasiya ilə bağlı səslənən strateji yanaşma oldu. “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”. Su təsərrüfatı, müasir suvarma sistemləri, soyuducu anbarlar, gübrə istehsalı, aqroparklar, istixanalar, intensiv bağçılıq – bütün bunlar proqramın icra alətləridir. Yeni mərhələdə əsas prioritetlər: ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac imkanlarının genişləndirilməsi, aqrar emal sənayesinin inkişafı, regionlarda məşğulluğun artırılması, texnoloji modernizasiya və innovasiyaların tətbiqi olacaqdır

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri