Icma.az
close
up
RU
“Kənd təsərrüfatında gəlir subsidiyadan ibarət deyil”

“Kənd təsərrüfatında gəlir subsidiyadan ibarət deyil”

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd təsərrüfatında subsidiyalar gəlir mənbəyi deyil, istehsal xərclərinin bir hissəsinin kompensasiyası kimi qiymətləndirilməlidir. Aqrar siyasətdə subsidiya mexanizmləri ilə ixtisaslaşma prinsiplərinin düzgün uzlaşdırılması isə əsas məsələlərdən biri olaraq qalır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Azər Əmiraslanov bildirib ki, bəzən kənd təsərrüfatında subsidiyaların mahiyyəti ilə bağlı yanlış təsəvvür formalaşır.

“Subsidiyalar kənd təsərrüfatı istehsalçılarının xərclərinin müəyyən hissəsinin kompensasiyası üçün nəzərdə tutulur. Bəzən elə təsəvvür yaranır ki, sanki kənd təsərrüfatında gəlir subsidiyadan ibarətdir. Bu, düzgün yanaşma deyil”, – deyə o vurğulayıb.

Komitə sədri qeyd edib ki, subsidiyalaşma kənd təsərrüfatının inkişafını təşviq etməli və ixtisaslaşma prinsiplərinə uyğun şəkildə tətbiq olunmalıdır.

Onun sözlərinə görə, bəzi hallarda subsidiya mexanizmləri rayonların ixtisaslaşma istiqamətlərindən uzaqlaşmasına səbəb olur:

“Uzun illərdir taxılçılıq üzrə ixtisaslaşmayan bəzi rayonlarda geniş taxıl əkinlərinə üstünlük verildiyini müşahidə edirik. Bu isə müəyyən mənada ixtisaslaşma prinsiplərindən uzaqlaşmaq deməkdir. Subsidiyalaşma ilə ixtisaslaşmanın düzgün uzlaşdırılması olduqca vacibdir”.

Azər Əmiraslanov elektron kənd təsərrüfatı sisteminin tam şəkildə formalaşdırılmasının vacibliyini də qeyd edib.

“Fermerlərin elektron qeydiyyatı ilə yanaşı, torpaqların identifikasiyası və elektron qeydiyyatı da vahid sistemdə birləşdirilməlidir. Əks halda subsidiyalaşma siyasətində istənilən nəticələri əldə etmək çətin olacaq”, – deyə o bildirib.

Komitə sədri aqrar sahədə institusional islahatların da vacibliyinə diqqət çəkib. O qeyd edib ki, qarşıya qoyulan yeni hədəflər kənd təsərrüfatının idarəetmə sisteminin və təşkilati strukturunun yenidən qiymətləndirilməsini zəruri edir.

Azər Əmiraslanov torpaqların konsolidasiyasının və iri təsərrüfatların formalaşmasının səmərəlilik baxımından əhəmiyyətini vurğulasa da, xırda təsərrüfatların diqqətdən kənarda qalmamalı olduğunu bildirib.

“Bu gün ölkədə kənd təsərrüfatı istehsalının 90 faizdən çoxu xırda təsərrüfatların payına düşür. Qarşıdakı dövrdə həm iri, həm də xırda təsərrüfatların, emalçıların və istehlakçıların maraqlarının düzgün uzlaşdırılması aqrar siyasətin əsas vəzifələrindən biri olacaq”, – deyə komitə sədri əlavə edib.
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri