Icma.az
close
up
RU
Süni intellekt kənd təsərrüfatında

Süni intellekt kənd təsərrüfatında

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. 

Nazir Məcnun Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

“Cebheinfo.az” xəbər verir ki, müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 

2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında qurulmasının Nazirliyin əsas prioritetlərindən biri olduğunu xatırladan nazir ötən il bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarıldığını deyib. Müsabiqə nəticəsində icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstək sistemli şəkildə davam etdirilir.

2026-cı ildə Nazirliyin qarşısında daha məsul vəzifələrin dayandığını vurğulayan nazir Məcnun Məmmədov istehsalın səmərəliliyinin artırılması, resurslardan rasional istifadə, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, fermer məmnunluğunun yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyən edilməli olduğunu bildirib. 

2026-cı ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.

Daha sonra nazir müavini Seymur Səfərli “Bitkiçilik sahəsinin inkişafı”, nazir müavini İlhamə Qədimova “Subsidiya mexanizmlərinin tətbiqi və monitorinq nəticələri”, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvandarlıqda epizootik sabitliyin təmin edilməsi və bitki mühafizəsi tədbirlərinin icra vəziyyəti” mövzularında ötən il görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarını məlumatlandırıblar.

Çıxışlardan sonra aqrar sahənin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Müşavirənin yekununda nazir Məcnun Məmmədov aqrar istehsalın artırılması, institusional təkmilləşmə və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərlərinə yerlərdə fermer və vətəndaş yönümlü işi artırmağı, onların üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi, aqrar sahənin inkişafı ilə bağlı təkliflər, layihələr və təşəbbüslər irəli sürməyi tapşırıb. 2025-ci ildə bir çox məhsullar üzrə yüksək məhsuldarlıq əldə olunduğunu xatırladan nazir 2026-cı ildə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri