Icma.az
close
up
RU
Kənd uşaqları təcrübə dövşanıdır?”: Etirazlara ekspertin özündən CAVAB

Kənd uşaqları təcrübə dövşanıdır?”: Etirazlara ekspertin özündən CAVAB

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son illər ölkədə təşkil olunan sertifikasiya imtahanında bir sıra müəllimlər tələb olunan balı toplaya bilmədiyi işinə xitam verilib. 

Onların arasında uzun illərdir ki, müəllim kimi çalışanlar da var. Bugünlərdə isə təhsil eksperti Kamran Əsədov bu sahədə yeni bir fikirlə çıxış edərək həm onların işsiz qalmaması, həm də regionlarda müəllim çatışmazlığı olan məktəblərdə mövcud problemin aradan qaldırılması üçün təkliflə çıxış edib. Ekspert qeyd edib ki, sertifikasiyada az bal toplayanlar müəllim çatışmazlığı olan məktəblərə göndərilsə daha yaxşı olar. Lakin ekspertin bu təklifi heç də birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə belə bir ifadə ilə də çıxış ediblər ki, kənd uşaqları “sınaq dovşanı” deyil. 

Məsələyə elə ekspertin özünün aydınlıq gətirməsini istədik. 

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"-a bildirib ki, hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmazlığı ciddi problemdir:

"Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə isə ümumiyyətlə, müəllim tapılmır. 

Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya  tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə, müəllim problemi yaşanır. 

Bu, təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir. Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir, lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Uzun illər pedaqoji təcrübəyə malik olan, şagirdlərlə düzgün ünsiyyət quran, valideyn və kollektivlə sağlam əməkdaşlıq qura bilən müəllimlər yalnız test nəticələrinə əsaslanaraq dəyərləndirilə bilməz. Onların praktiki təcrübəsi, sinif idarəetməsi bacarıqları, şagirdlər üzərindəki təsiri və digər insani-pedaqoji keyfiyyətləri də nəzərə alınmalıdır. 

Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər. 

Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır. Beləliklə, iki əsas məqsədə çatmaq olar: həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar. Bu proses paralel olaraq təlim, metodik dəstək, mentorluq və qiymətləndirmə ilə müşayiət edilməlidir. Müəllimlər bu mərhələdə həm metodiki, həm də psixoloji baxımdan dəstəklənməlidir. Onlara yalnız çatışmazlıqlarını göstərmək deyil, bu çatışmazlıqları necə aradan qaldırmağın yolları da öyrədilməlidir". 

Ekspert deyir ki, sosial şəbəkələrdə səsləndirilən “Kənd uşaqları sınaq dovşanıdırmı?” sualı emosional reaksiya olmaqla yanaşı, mövzunun mahiyyətini təhrif edir:

"Əslində, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir. Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu, o demək deyil ki, onun riyaziyyatdan, ümumiyyətlə, məlumatı yoxdur. 

Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Əlavə olaraq bu müəllimə təlim də verilsə, o zaman həm kənd uşağı təhsilsiz qalmaz, həm də müəllim yenidən sistemi tərk etmədən inkişaf yolu tapar. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu hüququ təmin etmək üçün dövlət şəbəkəsindəki bütün məktəblərin fəaliyyətinə nəzarət etməli və müəllimlə təminat məsələsini prioritet tutmalıdır. Əmək Məcəlləsinə əsasən də işəgötürənin vəzifələrindən biri işçinin ixtisasının artırılması və onun bilik və bacarıqlarının yüksəldilməsidir. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyur". 

Ekspert qeyd edib ki, dünya təcrübəsinə əsasən bir çox inkişaf etmiş ölkələrdə bu cür hallarda müəllimlərin sistemdən uzaqlaşdırılması əvəzinə, onların dəstəklənməsi siyasəti həyata keçirilir:

"Məsələn, Sinqapur, Estoniya, Latviya və Cənubi Koreyada zəif nəticə göstərmiş müəllimlər daha çox ehtiyac olan məktəblərə göndərilir. Onlara əlavə təlimlər, mentor dəstəyi və fəaliyyət planı təqdim olunur. Bu sistem çərçivəsində müəllim 6 ay və ya 1 il ərzində dəstəklənir, sonra yenidən qiymətləndirilir və davam edib-etməyəcəyi barədə qərar verilir. Bu yanaşma həm təhsil sisteminin keyfiyyətini qoruyur, həm də müəllimlərin potensialından maksimum istifadəyə imkan verir. 

Məsələ təkcə bir imtahanın nəticəsinə əsaslanaraq qərar vermək deyil. Təhsil siyasətində məqsəd cəza deyil, inkişaf olmalıdır. Müəllim sistemin əsas aparıcı qüvvəsidir. Onun zəif tərəflərini inkişafla gücləndirmək, təhsilin dayanıqlı və ədalətli inkişafı üçün yeganə yoldur. Həmçinin bu yanaşma insan kapitalının qorunması və səmərəli istifadəsi baxımından da strateji əhəmiyyət daşıyır. Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir. Bu fürsəti düzgün və məsuliyyətlə təşkil etsək, nə kənd uşaqları, nə də təhsil sistemi itirər". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: Kənd uşaqları təcrübə ekspert

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri