Icma.az
close
up
RU
Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır?

Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda əhalisi ən az olan kəndlərin siyahısı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə əhalisi 5 nəfər və daha az olan 7 kənd var. 

Belə ki, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kənlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlaq kəndində isə 5 nəfər yaşayır.

Əhali sayı az olan kəndlər aşağıdakılardır:

*Xızı rayonunun Vərgah kəndi - 6 nəfər, Təzəkənd kəndi - 12 nəfər, Qızılqanza, Əmbizlər kəndləri - 13 nəfər;
*Yardımlı rayonunun Şələ kəndi - 8 nəfər;
*Daşkəsən rayonunun Çaykənd kəndi - 10 nəfər;
*Siyəzən rayonunun Kolanı, Köhnə Quşçu kəndləri - 10 nəfər, Qərəh kəndi - 11 nəfər;
*Yardımlı rayonunun Musa kəndi - 11 nəfər;
*Ağsu rayonunun Kəndaxan kəndi - 13 nəfər;
*Şabran rayonunun Qaraçaylı kəndi - 13 nəfər, Hacıisgəndərli kəndi - 14 nəfər, Nohurlar kəndi - 15 nəfər.

Göründüyü kimi, kəndlər boşalıb və urbanizasiya çox sürətlə gedir. Bəs kəndlini kəndə qaytarmağın yolu nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhalinin rayonlardan ölkənin paytaxtına doğru miqrasiya prosesi 90-cı illərdən başlayıb:

“Sovet sistemi dağıldı, müstəqillik əldə edildi və regionların infrastrukturu, təşkilatı quruluşu dəyişdi, yerində isə heç nə yaranmadı. Əvvəl kolxozlar, sovxozlar vardı. Onlar dağıldı və əmlakı isə özəlləşdirildi.

Nəticədə özəl mülkiyyət sisteminə yadırğamış insanlar müstəqil çalışmağı bacarmadılar. Ona görə də ölkədə kənd təsərrüfatı infrastrukturu məhv oldu. Bu gün kənd təsərrüfatının inkişaf etdiyi bütün ölkələrdə kənd təsərrüfatı fərdi təsərrüfatlar vasitəsilə inkişaf edir. Hazırda Azərbaycanda da fərdi təsərrüfatlar yaradılıb, amma bununla hamı məşğul olmur. Yəni, fərdi təsərrüfatı qurmaq hamıya müəssər olmur. 

Üstəlik, fərdi təsərrüfat sahiblərinin əraziləri də çox kiçikdi. Orada da az sayda insan çalışır. Bəziləri isə öz pay torpağında çalışır. Amma əksəriyyət bu işlərlə məşğul ola bilmir. Ona görə də rayonlarda və kəndlərdə işsizlik ciddi problemdir.

Məhz işszlik səbəbindən də əhali rayonlardan ölkənin paytaxtına doğru miqrasiya edir. Bu miqrasiya prosesi 1990-cı illərdən başlayıb bu günə kimi davam edir. Bu prosesin qarşısını almaq üçün demək olar ki, heç bir iş görülmür”.

O bildirib ki, bu gün ölkədə çox ciddi iqtisadi disbalans mövcuddur:

“Belə ki, dövlət büdcəsinin 90 faizi Bakı və ətrafı ərazilər hesabına formalaşır. Bu o deməkdir ki, ölkədə çox ciddi iqtisadi disbalans mövcuddur. Bu disbalansın isə obyektiv və subyektiv səbəbləri var. Məhz disbalans səbəbindən ətraf rayonlarda iş yoxdur. Üstəlik, kəndlərin əksəriyyəti dağlıq ərazidə yerləşir. 

Dağlıq ərazidə yerləşən kəndlər Sovet hökuməti dövründə datasiya ilə yaşayıb. Yəni, əhalinin orada qalması üçün xüsusi vəsaitlər ayrılır və güzəştlər verilirdi. Amma bu gün onlar yoxdur. Bildirim ki, Azərbaycanın elə kəndlər var ki, maşın yolu yoxdur. O kəndlərə əhali ya piyada, ya da atla gedir. Bütün bunlar nəzərə alınmalıdır”. 

O xatırladıb ki, 2004-cü ildən etibarən icra olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının hədəfi məhz regionların iqtisadi inkişafına nail olmaqdır:

“Amma bu inkişaf proqramı göründüyü kimi özünü doğrultmur. Bu istiqamətdə proqramların yönünü dəyişmək lazımdır. O proqramlar elə tərtib olunmalıdır ki, regionların iqtisadi inkişafını hədəfləsin. İndiki mərhələdə həyata keçirilən proqramlar əsasən, rayon mərkəzlərinin abadlaşdırılması, quruculuq işləri aparılması, park salınması və s. məsələləri əhatə edir. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. 

Burada bəzi elementlər bu hədəfə uyğundur. Məsələn, yolların çəkilməsi, elektrik, qaz, internet təminatı və s. Bunlar əhalini ərazilərə bağlayan amillərdir. Amma əhalinin məşğuliyyətinə yönəlik böyük investisiyalar qoyulmalıdır ki, əhali orada özünə iş yeri tapa bilsin.

Məsələn, regionlar hər birində 5-6 emal sexləri yaradılmalıdır. Nəyə görə biz günəbaxan, qarğıdalı və digər bitki yağlarını xaricdən idxal edirik? Biz onları ölkə daxilində becərib istehsal edə bilərik. Belə olan halda əhalinin məşğuliyyəti də genişlənər. İndi bəzi rayonlarda bu cür təşəbbüslər var. Bunlar isə yerli əhali tərəfindən reallaşdırılır. Ona da ciddi maniələr var.

Məsələn, icra hakimiyyəti, vergi, polis və s. Birincisi, bu maniələr aradan qalxmalıdır. İkincisi, bu təşəbbüslərin hərəkətverici qüvvəsi kimi hökumətin proqramı olmalıdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: kənd əhali

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri