Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Kəndlər boşalır: Torpaqlar sahibsiz qalır

Kəndlər boşalır: Torpaqlar sahibsiz qalır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə mühüm əhəmiyyət daşıyır.

Lakin bəzi bölgələrdə əkin üçün yararlı torpaqların istifadəsiz qalması diqqət çəkən problemlərdən biridir. İstehsal xərclərinin artması, suvarma problemləri, kənd təsərrüfatı texnikasının əlçatanlığı, işçi qüvvəsinin çatışmazlığı və məhsulun satışında yaranan çətinliklər fermerlərin əkinçiliyə marağına təsir göstərən amillər sırasındadır. 

Bəs torpaqların boş qalmasının əsas səbəbləri nədir və fermerləri yenidən əkinçiliyə təşviq etmək üçün hansı addımlar atılmalıdır?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaqların bir hissəsinin istifadəsiz qalmasının əsas səbəblərindən biri əkinçiliyin bir çox hallarda fermerlər üçün kifayət qədər gəlirli fəaliyyətə çevrilməməsidir:

“Fermer torpağı əkib-becərmək üçün əvvəlcədən toxum, gübrə, yanacaq, texnika və suvarmaya vəsait xərcləməlidir. Lakin məhsul yığılandan sonra onun hansı qiymətə satılacağına dair təminat yoxdur.

Bəzən bazarda qiymətlər o qədər aşağı düşür ki, fermer çəkdiyi xərci belə geri qaytara bilmir. Belə şəraitdə torpağı əkib zərərə düşməkdənsə, istifadəsiz saxlamaq bəzi torpaq sahibləri üçün daha az riskli görünür. Digər mühüm problem kənd təsərrüfatında xırda torpaq sahələrinin üstünlük təşkil etməsidir. Torpaqların çoxsaylı mülkiyyətçilər arasında bölünməsi iri həcmli istehsalı, müasir texnikadan istifadəni və məhsulun maya dəyərinin aşağı salınmasını çətinləşdirir.

Bəzi kəndlərdə suvarma infrastrukturunun köhnəlməsi, su çatışmazlığı, texnika və işçi qüvvəsinin bahalığı da əkinçiliyə marağı azaldır. Bunun üzərinə kənd yerlərindən şəhərlərə əmək miqrasiyasını, yaşlı əhalinin üstünlük təşkil etməsini və gənclərin kənd təsərrüfatında işləməyə marağının azalmasını da əlavə etmək lazımdır. Dövlət subsidiyaları və güzəştləri fermerlər üçün müəyyən dəstək yaratsa da, problemin tam həlli üçün kifayət etmir.

Çünki fermerin əsas ehtiyacı təkcə əkinə başlamaq üçün subsidiya almaq deyil, istehsal etdiyi məhsulu sərfəli qiymətə sata biləcəyinə əmin olmaqdır.
Əgər məhsulun bazara çıxarılması, saxlanması və satışı ilə bağlı problemlər qalırsa, verilən subsidiya da torpaqların istifadəyə qaytarılması üçün yetərli stimul yaratmayacaq.

Hesab edirəm ki, ilk növbədə kənd təsərrüfatında istehsaldan satışa qədər bütün zəncir qurulmalıdır. Fermerlərin məhsullarını əvvəlcədən müəyyən edilmiş şərtlərlə alan emal müəssisələrinin və topdansatış mərkəzlərinin yaradılması vacibdir. Eyni zamanda, kiçik torpaq sahiblərinin kooperativlərdə birləşməsi təşviq edilməli, texnika xidmətləri əlçatan olmalı, suvarma sistemləri yenilənməlidir.

Subsidiyalar isə yalnız əkin faktına görə deyil, torpağın səmərəli istifadəsinə, məhsuldarlığa və istehsalın bazar tələbatına uyğunlaşdırılmasına görə diferensiallaşdırıla bilər. Digər tərəfdən, istifadəsiz qalan torpaqların dəqiq inventarlaşdırılması aparılmalıdır. Hansı sahənin su çatışmazlığına, hansının maliyyə və ya əmək qüvvəsi çatışmazlığına görə boş qaldığı müəyyən edilməlidir.

Çünki bütün torpaqların istifadəsiz qalmasının səbəbi eyni deyil. Bəzi sahələrdə dövlət dəstəyi, digərlərində infrastruktur, bəzilərində isə mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi əsas həll yolu ola bilər. Ən vacib məsələ kənd təsərrüfatını fermer üçün riskli və qeyri-müəyyən fəaliyyət sahəsindən gəlir gətirən biznesə çevirməkdir.

Fermer torpağı əkəndə nə qədər xərc çəkəcəyini, məhsulunu harada və hansı qiymətə satacağını əvvəlcədən hesablaya bilməlidir”.

Ekspert qeyd edib ki, bu təminat yaradılmadan yalnız subsidiyaların artırılması ilə boş qalan torpaqları tam şəkildə əkin dövriyyəsinə qaytarmaq çətin olacaq.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: kənd Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri