Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Urbanizasiya: şəhərlər partlayır , kəndlər boşalır

Urbanizasiya: şəhərlər partlayır , kəndlər boşalır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Urbanizasiya dünyanın bir çox yerində sürətlə artan bir fenomendir. İnsanlar kənd yerlərindən uzaqlaşaraq şəhərlərdə yaşamağa başlayırlar. Şəhərlərə bu sürətli köçün əsas səbəblərindən biri də kənd təsərrüfatı işlərində texnoloji imkanlardan maksimum istifadədir. Köçlərin səbəblərindən biri daha çox texnika ilə görülən işlər nəticəsində kənd yerlərində fermerlərə ehtiyacın azalması ilə əlaqədardır. Daha aydın desək, texnoloji inkişaf kəndlinin işini və mühitini əlindən alır. Şəhərsalma əhəmiyyət kəsb etdikcə və ya şəhərlər daha vacib hesab edildikcə vəziyyət daha da çətinləşəcək.

Şəhər həyatı daha əlverişlidir?

Şəhər anlayışı dinamik bir anlayışdır, çünki tarix boyu mənasını daim dəyişib. Həyat tərzləri bir-birinə bənzəməyən insanların bir araya gələrək yaratdıqları ortaq qaydalara riayət etmələri ilə şəhərlər yarandı. Şəhərləri, məkanı, əhalisini tədqiq edərkən iqtisadi, sosioloji, siyasi, mədəni və s. baxım aspektləri də nəzərə alınmalıdır. Bu baxımdan, şəhər anlayışına zaman və ölkələrdən asılı olaraq müxtəlif mənalar verilib.

Xüsusilə, sənaye inqilabından sonra urbanizasiya prosesinin artdığı müşahidə edildi. Məlumdur ki, sənaye inqilabından sonra iş imkanlarının artması və daha əlverişli yaşayış şəraiti hesabına urbanizasiya artdı. Yəni, başqa sözlə, urbanizasiya şəhərlərdə dəyişən davranış modellərinə və ümumi qaydalar toplusuna uyğunlaşma prosesidir.

Şəhərdə iş imkanları axına səbəb olur

Urbanizasiyanın iqtisadi səbəbləri daha çox şəhərlərin təklif etdiyi bir çox iqtisadi üstünlüklərlə bağlıdır. Şəhərlərdə çoxlu mütəxəssisə ehtiyac var. Digər tərəfdən, xüsusən də inkişaf etməmiş ölkələrdə kənd təsərrüfatının məhsuldarlığı və adambaşına düşən kənd təsərrüfatı gəliri kəndliləri öz kəndlərində saxlamaq üçün çox aşağıdır. Qeyri-kafi gəlir, kənd təsərrüfatına yararlı torpaqların azalması, su problemləri, iqlim şəraiti bu təkanverici amilləri gücləndirən səbəblərdir. Kəndin və şəhərin həyat tərzləri arasındakı fərqdə də sosial-psixoloji səbəblər ortaya çıxır. Şəhərin azad ab-hava təklif etməsi, şəhərli olmağın üstünlük hesab edilməsi, şəhərdə mövcud olan sosial-mədəni imkanlar və xidmətlər şəhəri cəlbedici edir.

Dünya əhalisinin yarıdan çoxunu öz ağuşuna alan şəhərlərin bu inkişaf prosesinin heç bir problem yaratmadığını düşünmək son dərəcə səhvdir. İngiltərə kimi sənayeləşmənin ilk yarandığı ölkələrdə belə, insanların şəhərlərə sıxışdırılmasının yaratdığı problemlər və şəhərlərin bu problemlərin öhdəsindən gəlmək imkanları uzun müddət çəkdi. İnkişaf etmiş ölkələrin şəhərləri, iqtisadi inkişaf və sənayeləşmə səbəbindən doğru miqrasiya axınına ehtiyac duysa da, bu köçün də bir həddi var. Bir çox ölkələrdə şəhərlərdə yaşayanların sayı kənd yerlərində yaşayanların sayından qat-qat artıqdır.

Şəhərləşmə = laqeydləşmə

Urbanizasiya anlayışı şəhərləşmə prosesi ilə bağlıdır. Həddindən artıq izdihamlı bir mühitdə hər kəsin yalnız özünü düşündüyü və başqalarını nəzərə almadığı bir həyat tərzi şəhərləri ancaq bitməz-tükənməz problemlər mərkəzinə çevirir. Odur ki, urbanizasiya anlayışı bir tərəfdən qayda-qanunlu həyatı təlqin edir, bir tərəfdən də bu təlqin dünyaya baha başa gəlir, şəhərlərə axın sayəsində dünyanın tarazlığı pozulur, insani münasibətlər azalır, ünsiyyət problemləri kök salır.

1950-ci ildə dünya əhalisinin 30%-i şəhərlərdə yaşayarkən 2010-cu ildə bu nisbət 50%-i (3,3 milyard nəfər) ötmüşdü. 2030-cu ildə şəhər əhalisinin 60%-, 2050-ci ildə 70%-ə çatacağı təxmin edilir.

Beləliklə, 2030-cu ildə dünyada şəhərlərdə 5 milyarddan çox insan yaşayacaq. Növbəti onillikdə urbanizasiya, xüsusilə, Çin və Hindistanda böyük şəhərlərə təsir edəcək.

Kəndlərin taleyi necə olacaq?

Sürətli urbanizasiya mənzil, ünsiyyət, ekoloji çirklilik, boş ərazilərin itirilməsi, nəqliyyat kimi problemlərə səbəb olur. Sənaye inkişafı olan ölkələrdə kənddən şəhərə miqrasiya kənd təsərrüfatı sahələrində işləmək üçün işçi qüvvəsinin azalmasına səbəb olur. Bu vəziyyətdən xüsusilə şəhər yerlərində yaşayan insanlar zərər görür. Bunun səbəbi də iş uğrunda rəqabətin çoxalması iş tapa bilməməlidir.

Şəhər insan münasibətləri baxımından fizioloji, iqtisadi, sosial və mədəni ehtiyacların müəyyən səviyyədə ödənildiyi yerdir. Başqa sözlə, şəhərlər daha yaxşı təhsil, səhiyyə və s. vəd edir. Yaxşı xidmət istəyən, karyerasında yüksəlmək istəyən, daha çox gəlir əldə etmək istəyən, daha gözəl və daha yaxşı mənzil istəyən insanlar üçün şəhərlər daha ideal yaşayış mərkəzi hesab edilir. Verdiyi imkanlara görə cazibədar görünən şəhərlər kənd insanlarını beləcə öz məngənəsinə salıb əzir. Kənddə işi olan, olmayan hər kəs bu işıltıya aldanır. Nəticədə kənd təsərrüfatı məhv olur, kəndlərdə mədəni həyat sönür.

Urbanizasiya: mənfisi, müsbəti nədir?

Şəhərlərə miqrasiya təkcə binaların sayının artmasına səbəb olmur, həm də küçələrin və infrastrukturların çoxalmasını sürətləndirir. Bundan əlavə, bu, mövcud şəhərlərin genişlənməsinə təsir edir və şəhərin təbii ərazilərini məhv edir. Dünyada urbanizasiya sürətlə inkişaf edir. Bununla belə, sürətli urbanizasiya müsbət və mənfi cəhətləri də gətirir.

Müsbət cəhətləri sadalasaq, daha çox yaşayış sahəsi təmin etməsini misal göstərmək olar. Urbanizasiya üfüqi inkişafa deyil, şaquli inkişafa aiddir. Urbanizasiyanın sonunda şəhərlərdə tikilən hündürmərtəbəli binalar buna tipik nümunədir. Bu formada daha çox yaşayış sahəsi təmin edilir və bu əhalisi sürətlə artan ölkələr üçün optimal variantdır.

Daha bir müsbət tərəfi enerji səmərəliliyinin artmasıdır. Məsələn, fərdi evin isidilməsinə sərf olunan enerji, bir yaşayış binasının isidilməsinə sərf olunan enerjidən qat-qat çoxdur. Başqa üstünlükləri iş imkanları, yaxşı təhsildir. Təhsil səviyyəsi urbanizasiyanın əsas üstünlükləri arasındadır. Şəhər yerlərində doğum səviyyəsi kənd yerlərindən aşağıdır. Bu, əhali artımının yaratdığı ekoloji deqradasiyanı azaldan amildir və əhalisi sürətlə artan ölkələr üçün əlverişlidir.

Lakin urbanizasiyanın üstünlüklərindən çox zərərləri olduğunu da etiraf etmək lazımdır. Urbanizasiya həddindən artıq istiləşməyə səbəb olur. Misal üçün, asfalt yollar, daş-beton binalar gündüz özlərinə hodurduqları istiliyi gecələr buraxaraq iqlimin həddindən artıq istiləşməsinə səbəb olur. Havanın çirklənməsi də şəhərlərin əsas problemlərindən biridir, əhali sıxlığı artdıqca bu problem də böyüyür.

Urbanizasiya nəticəsində yaranan ən mühüm problemlərdən biri su ehtiyatlarının çirklənməsi və azalmasıdır. Xüsusilə böyük şəhərlərdə həddindən artıq su istehlakı su ehtiyatlarını çox təhlükəli səviyyələrə çatdırıb. Şəhər strukturlaşması suyun hidroloji dövranını da pozurŞ çünki suyun çirklənməsinə səbəb olan ən böyük amil kanalizasiyadır.

Şəhərləşməli, ya kəndləşməli?

Şəhərlər dünyanın ümumi ərazisinin təxminən 1%-ni əhatə edir. Hazırkı sürətlə davam edən şəhər genişlənməsi Yer kürəsində yaşana bilən yerlərin azalması ilə nəticələnəcək. Şəhərlərin həddindən artıq böyüməsinin başqa bir mənfi təsiri, artan xərclər səbəbindən əlavə iqtisadi və maliyyə yükü gətirməsidir.

Urbanizasiyanın yaratdığı bu problemləri həll etmək üçün bir çox üsullar təklif olunur. Bunlardan bəziləri şəhərlərdə sıx əhalinin azaldılması və genişlənməsinin qarşısının alınmasıdır, amma bəzi araşdırmalar yeni şəhərlərin yaradılmasını təklif edir. Şəhərlərin sürətli böyüməsi, şəhərdə binalara tələbatın artması və buna paralel olaraq kirayə qiymətlərinin artması qeyri-qanuni tikintilərə də səbəb olur. Urbanizasiyanın digər nəticəsi doğum nisbətinin azalmasıdır. Xüsusilə inkişaf etmiş ölkələrdə şəhərlərdə doğum səviyyəsi kənd yerlərindən aşağıdır, bu da ölkənin demoqrafik vəziyyətinə təhlükə yaradır.

Paytaxta təhsil dalınca gələn gənclər də urbanizasiyaya öz “töhfə”lərini vermiş olurlar. Belə ki, onlar şəhərdə daha yaxşı karyera imkanları olduğunu düşünərək təhsilini bitirdikdən sonra geri qayıtmaq istəmirlər. Kəndlərdə, rayonlarda məhdud iş yerləri onların bu qərarında haqlı olduğunu göstərir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri