Icma.az
close
up
RU
Kəndli niyə torpaqdan uzaq düşüb?

Kəndli niyə torpaqdan uzaq düşüb?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Dünən kənd təsərrüfatında mövcud problemlərlə bağlı paylaşım edərək bu sahədə çalışan və vəziyyəti yaxından bilən insanlardan fikirlərini bölüşmələrini xahiş etdim. Yüzlərlə şərh yazıldı. Etiraf edim ki, mənzərə düşündüyümdən də ağırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, insanlar Azərbaycanın müxtəlif bölgələrindən - Gəncəbasar, Aran rayonları, Füzuli, Tovuzun dağ kəndləri, cənub bölgəsi, Xaçmaz və başqa rayonlardan yazırlar:

“Coğrafiya dəyişir, məhsul dəyişir, amma problemlər, demək olar ki, eynidir. Azərbaycanda kəndlinin əsas problemi məhsul istehsal edə bilməməsi deyil. Əsas problem istehsal etdiyi məhsuldan qazanc götürə bilməməsidir.

Kəndli torpağı hazırlayır, toxum alır, gübrə verir, dərman vurur, su tapır, texnika axtarır, aylarla zəhmət çəkir. Məhsul yetişəndə isə yeni və bəzən daha ağır problem başlayır: onu kimə və neçəyə satsın? Bir vətəndaş yazır ki, əlində 50 ton kələm var. Bazarda qiyməti 1 manatdır, onun özündən isə 50 qəpiyə almaq istəyirlər.

Başqa biri bildirir ki, kartof və buğda əkiblər, ancaq bir qəpik də qazanc əldə edə bilməyiblər. Gəncəbasardan yazırlar ki, hər il böyük həcmdə xurma bağlarda məhv olur. 

Digərləri meyvə-tərəvəzin tədarük məntəqələri tərəfindən çox aşağı qiymətə və yalnız seçmə şəkildə qəbul edilməsindən şikayət edir. Başqa sözlə, kəndli istehsal edir, amma çox vaxt qiyməti özü müəyyən etmir. Risk kəndlinin, xərc kəndlinin, zəhmət kəndlinin, qazanc alverçinindir.

Şərhlərdə ən çox təkrarlanan problemlərdən biri sudur. İnsanlar əkin sahəsinin yaxınlığında kanal ola-ola su ala bilmədiklərini, ağacların və əkinlərin susuzluqdan məhv olduğunu bildirirlər.

Bəziləri suyun bölüşdürülməsində maneələrdən, bu sahədəki ədalətsizlikdən danışır. Ancaq bir həqiqət mübahisəsizdir: suya normal çıxışı olmayan fermerdən yüksək məhsuldarlıq gözləmək mümkün deyil. 

İkinci böyük problem maya dəyərinin sürətlə artmasıdır. Yanacaq, gübrə, toxum, dərman preparatları baha. Texnika və texnika xidmətləri baha Torpaq analizi belə fermer üçün əlavə ciddi xərcə çevrilir. 

Pambıqçılıqla məşğul olduğunu bildirən bir vətəndaş konkret rəqəmlər yazır: traktorla dərmanlama işinin qiymətinin 15 manatdan 22 manata, yığım xərcinin 110 manatdan 150 manata, bəzi dərman preparatlarının litrinin 15 manatdan 30–40 manata, şumun isə 50 manatdan 70 manata qalxdığını bildirir.

Onun sözlərinə görə, pambığın alış qiyməti dəyişməyib. Bu, çox təhlükəli iqtisadi vəziyyətdir: xərclər artır, məhsulun satış qiyməti isə yerində qalır və ya fermer üçün daha da aşağı düşür. Belə şəraitdə kəndli necə qazansın?”

O qeyd edib ki, digər ciddi problem subsidiya və maliyyələşmə sistemidir:

“İnsanlar subsidiyanın gecikməsindən, fermerin pula ən çox ehtiyacı olan vaxtda deyil, bəzən məhsul yığılandan sonra verilməsindən yazırlar. Bəziləri güzəştli kreditlərin əlçatan olmadığını bildirir.

Fermerə pul əkin vaxtı, gübrə və dərman alanda, suvarma və texnika xərclərini ödəyəndə lazımdır. Məhsul yığılandan sonra verilən dəstək bir çox hallarda artıq gecikmiş yardım olur. Şərhlərdə texnika problemi də dəfələrlə qeyd edilir.

Biçin vaxtı kombayn tapılmır, bəzi kəndlərdə ot bağlayan texnika yoxdur, aqrolizinq vasitəsilə əldə olunan texnikanın vəziyyətindən narazılıqlar var. Kənd təsərrüfatında isə bir neçə günlük gecikmə bir ilin zəhmətini məhv edir. 

Heyvandarlıqla məşğul olanlar başqa bir ağrılı məsələdən – örüş və otlaq sahələrindən danışırlar. İnsanlar minlərlə hektar örüş sahəsinin müxtəlif vəzifəli şəxslərin istifadəsinə keçdiyini, kəndlinin mal-qarasını otarmağa yer tapmadığını bildirirlər.

Bir neçə şərhdə torpaq məsələsi xüsusilə vurğulanır. İnsanlar kənd təsərrüfatına yararlı torpaqların həqiqətən bu sahə ilə məşğul olan kəndlinin yox, imkanlı, vəzifəli şəxslərin əllərində olduğunu bildirirlər.

Məncə, bu məsələ ayrıca araşdırma mövzusudur: Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların nə qədəri real kəndlinin və fermerin istifadəsindədir? Nə qədəri istifadə olunmur? Nə qədəri başqa məqsədlər üçün saxlanılır? Başqa böyük problem məhsulun saxlanması və satışıdır.

Fermer məhsulu yetişdirir, ancaq kifayət qədər soyuducu anbar, emal müəssisəsi, normal logistika və sabit satış kanalı tapa bilmir. Nəticədə məhsul ya dəyər-dəyməzinə satılır, ya da sahədə məhv olur”. 

Vəkil əlavə edib ki, ixracla bağlı da ciddi iddialar səslənir:

“Bu sahədə tam dərəbəylikdir. Bir vaxtlar bu sahə ilə məşğul olanları tutmaqla, çək-çevirə salmaqla ölkədən qaçıb başqa dövlətlərdə işləməyə vadar etdilər. Bəzi sahibkarlar məhsullarını xarici bazarlara çıxarmaqda süni maneələrlə və qeyri-rəsmi inhisarçılıqla üzləşdiklərini bildirirlər.

Bu iddialar doğrudur, çox ciddi məsələdir və araşdırılmalıdır. Çünki fermerin xarici bazara çıxışı bir və ya bir neçə vasitəçidən asılı vəziyyətə salınırsa, sağlam rəqabətdən danışmaq mümkün deyil. 

Şərhlərdə məni ən çox düşündürən məsələlərdən biri isə kəndlərin boşalmasıdır. Tovuzun dağ kəndindən yazan bir vətəndaş bildirir ki, illər əvvəl başlanmış qaz xətti yarımçıq qalıb.

İnsanlar yaşayış şəraitinin ağırlığına görə kəndləri tərk edirlər. Vaxtilə demək olar ki, hər ailənin mal-qara saxladığı kəndlərdə indi heyvandarlıqla məşğul olan yoxdur. Böyük məktəb tikilib, amma birinci sinfə gedəcək uşaqların sayı barmaqla sayılacaq qədərdir.

Bu, artıq yalnız kənd təsərrüfatının problemi deyil. Bu, demoqrafik, sosial və iqtisadi problemdir. Əgər kənddə yaşamaq və işləmək insana normal gəlir gətirmirsə, gənc niyə orada qalsın? Fermer bir il əziyyət çəkib mövsümün sonunda borclu qalırsa, gələn il niyə yenidən əksin? Kəndli öz məhsulunu bazara çıxarmaq üçün onlarla maneə keçməlidirsə, niyə bu işlə məşğul olsun?

Belə getsə, bir neçə ildən sonra kəndlinin torpaqdan uzaqlaşmasının nəticəsini yalnız boşalan kəndlərdə deyil, bazarlardakı qiymətlərdə və ölkənin idxaldan asılılığında da görəcəyik. 

Görünən odur ki, kənd təsərrüfatında kosmetik tədbirlər, pafoslu müşavirələr, çıxışlar heç nəyi dəyişmir və vəziyyət günü gündən pisləşir. Sistemə bütöv baxmaq lazımdır. Suvarma suyunun bölüşdürülməsi tam şəffaflaşdırılmalıdır.

Subsidiyalar fermerin real istehsal dövrünə uyğun verilməlidir. Güzəştli və uzunmüddətli kreditlər həqiqətən istehsal edən fermer üçün əlçatan olmalıdır. Gübrə, toxum və dərman bazarında qiymət və keyfiyyətə ciddi nəzarət edilməlidir.

Regional soyuducu anbarlar, emal müəssisələri və logistika mərkəzləri yaradılmalıdır. Fermerin vasitəçisiz satış imkanları artırılmalıdır. İxracda olan kütləvi inhisarçılıq və süni maneələr aradan qaldırılmalıdır. 

Əgər ölkənin müxtəlif bölgələrindən yüzlərlə insan eyni problemləri – suyu, bahalı istehsalı, satış çətinliyini, subsidiyanı, texnikanı, örüşü, torpağı, ixrac maneələrini – təkrar-təkrar yazırsa, bunları görməməzlikdən gəlmək olmaz. Bu şərhlər adi sosial şəbəkə narazılığı deyil. Bunlar torpaqda işləyən insanların səsidir”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see482

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see313

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see248

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see229

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see213

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see213

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see208

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see187

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see180

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see177

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see175

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see170

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see169

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see168

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see165

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see162

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see158

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see156

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see150

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri