Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Fermer niyə torpaqdan uzaq düşüb?

Fermer niyə torpaqdan uzaq düşüb?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Tərəvəz, bostan kimi məhsullarının istehsalına marağının azalması kənd təsərrüfatı sektorunda diqqət çəkən məsələlərdən biridir.

Belə ki, son dövrlərdə gübrə, toxum, yanacaq və digər istehsal xərclərinin artması fermerlərin xərclərini yüksəldir.

Bununla yanaşı, bəzi ərazilərdə suvarma ilə bağlı çətinliklər, məhsulun satışında yaranan problemlər, bazarda qiymətlərin dəyişkən olması və əldə olunan gəlirin çəkilən xərcləri tam qarşılamaması fermerlərin əkin qərarlarına təsir göstərir.

Bu vəziyyət bəzi məhsullar üzrə istehsalın azalmasına və yerli bazarın idxaldan asılılığının artması riskinə səbəb ola bilər.

Bəs fermerlərin müəyyən məhsulları əkməkdən imtina etməsinin əsas səbəbləri nələrdir və yerli istehsalın qorunması üçün hansı tədbirlər görülməlidir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda fermerlərin bəzi məhsulların əkinindən imtina etməsinin səbəbini yalnız bir amillə izah etmək düzgün olmaz:

“Əslində problem bir-birini tamamlayan bir neçə səbəbdən yaranır. Ən əsas məsələ isə istehsal xərcləri ilə əldə olunan gəlir arasındakı fərqin fermerin gözləntisini doğrultmamasıdır.

Yanacaq, gübrə, toxum, pestisid, texnika, suvarma və əməkhaqqı xərcləri yüksəldikcə məhsulun maya dəyəri artır. Fermer isə məhsulu satanda bu xərcləri tam kompensasiya edən qiymət əldə edə bilmirsə, növbəti il həmin məhsulu əkməkdə maraqlı olmur. 

Su problemi də getdikcə daha ciddi amilə çevrilir. Azərbaycanın kənd təsərrüfatı torpaqlarının böyük hissəsi suvarmadan asılıdır və ölkənin su ehtiyatları məhduddur. 

Buna görə su təminatı zəif olan ərazidə fermer yüksək xərc çəkərək məhsul əkir, amma məhsuldarlıq aşağı düşdükdə onun gəlirliliyi də azalır”.Onun sözlərinə görə, ən ağrılı məsələlərdən biri isə məhsulun satışıdır:

“Fermer əkinə başlamazdan əvvəl məhsulu hansı qiymətə sata biləcəyini dəqiq bilmir. Məhsul yığılan zaman bazarda təklif çoxalır və qiymət kəskin düşə bilir.

Nəticədə istehlakçı bazarda baha qiymət ödəsə də, fermer həmin qiymətin böyük hissəsini əldə etmir. Aradakı fərq əsasən tədarük, logistika və vasitəçi zəncirində yaranır. Bu vəziyyət fermer üçün ciddi risk yaradır və onu daha az riskli, daha tez satılan məhsullara yönəldir.

Buna görə yerli istehsalı qorumağın yolu sadəcə subsidiyaları artırmaq deyil. Əvvəlcə fermerin istehsal etdiyi məhsulun satış bazarı təmin edilməlidir. Fermer əvvəlcədən bilməlidir ki, məhsulunu harada və hansı şərtlərlə sata biləcək. 

Bunun üçün kooperativlərin, tədarük müqavilələrinin, fermer-bazar əlaqələrinin və emal müəssisələri ilə birbaşa müqavilələrin genişləndirilməsi vacibdir.

Su məsələsində isə əsas diqqət yeni su mənbələri axtarmaqla yanaşı, mövcud suyun itkisinin azaldılmasına yönəlməlidir. Müasir suvarma sistemlərinə keçid sürətləndirilməli, fermerin belə sistemlərə sərmayə qoyması üçün real maliyyə dəstəyi verilməlidir.

Hazırda bu istiqamətdə subsidiyalar və kredit mexanizmləri mövcuddur, lakin əsas məsələ həmin imkanların fermer üçün praktik və əlçatan olmasıdır. 2026-cı ildə birillik əkinlər üzrə müəyyən kreditlərin faizlərinin dövlət tərəfindən subsidiyalaşdırılması da nəzərdə tutulub. 

Digər mühüm məsələ əkin strukturunun bazarın tələbinə uyğunlaşdırılmasıdır. Fermerə “bu məhsulu ək” deməklə problem həll olunmur.

Ona həmin məhsulun gəlirliliyi, gözlənilən bazar tələbi, su tələbatı, maya dəyəri və satış imkanları barədə əvvəlcədən məlumat verilməlidir. Aqrar siyasət bazar məlumatlarına əsaslanmalıdır.

Fikrimcə, ən düzgün yanaşma fermerin riskini azaltmaqdır. Dövlət bütün məhsullar üzrə qiymətə zəmanət verməli deyil, amma strateji əhəmiyyət daşıyan məhsullarda minimum gəlirliliyi qoruyacaq mexanizmlər yarada bilər.

Məsələn, məhsulun maya dəyəri kəskin artdıqda subsidiya mexanizminin avtomatik şəkildə uyğunlaşdırılması və ya müəyyən strateji məhsullar üzrə uzunmüddətli tədarük müqavilələrinin yaradılması fermer üçün daha böyük təminat yaradar.

Eyni zamanda subsidiyaların yalnız əkin sahəsinə görə deyil, məhsuldarlıq, keyfiyyət, suya qənaət, məhsulun emalı və satış nəticələri ilə daha sıx əlaqələndirilməsi lazımdır.

2026-cı ildən aqrar dəstək mexanizmlərinin daha ünvanlı və nəticəyönümlü qurulması istiqamətində dəyişikliklər edilib. 
Əsas məqsəd fermerə hər il daha çox subsidiya vermək yox, elə iqtisadi mühit yaratmaq olmalıdır ki, fermer subsidiya olmadan da müəyyən səviyyədə qazanc əldə edə bilsin.

Əgər fermer istehsal etdiyi məhsuldan normal gəlir götürəcəyinə əmin olsa, su problemi həll olunsa, kreditə çıxışı asanlaşsa və məhsulunun satış bazarı əvvəlcədən müəyyənləşsə, müəyyən məhsulların əkinindən imtina halları da azalacaq.

Əks halda fermeri əkinə məcbur etmək və ya yalnız subsidiya hesabına istehsalı saxlamaq uzunmüddətli həll deyil”.

Ekspert qeyd edib ki, fermerin davranışını dəyişdirməyin ən effektiv yolu ona “daha çox subsidiya” vədi vermək yox, “əkdiyin məhsuldan real qazanc əldə edə biləcəksən” əminliyi yaratmaqdır.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: Fermer Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri