Kenquru “MotoGP” yarışını dayandırdı VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Avstraliyada keçirilən “MotoGP” üzrə dünya çempionatının Qran-prisi zamanı qeyri-adi hadisə yaşanıb. Kenqurunun yarış trasına çıxması səbəbindən məşq sessiyası müvəqqəti dayandırılıb.
İdman.Biz xəbər verir ki, hadisə Filipp-Aylend trasında baş verib. Heyvanın təhlükəli əraziyə daxil olmasından sonra təşkilatçılar qırmızı bayraq qaldıraraq sessiyanı dayandırıblar.
Bu, məşq zamanı ikinci fasilə olub. İlk dəfə sessiya italiyalı Marko Betsekki ilə ispaniyalı Aleks Markes arasında baş verən insidentə görə dayandırılıb. Motosikletlərin təması nəticəsində Betsekki yıxılıb, trasda qalan qırıntıların təmizlənməsi üçün qırmızı bayraq qaldırılıb.
Qəzaya baxmayaraq, “Aprilia” komandasının üzvü Betsekki məşqi ən yaxşı nəticə ilə başa vurub. O, trası 1 dəqiqə 26,775 saniyəyə qət edib.
İkinci yeri italiyalıdan 0,072 saniyə geri qalan Raul Fernandes tutub. İlk üçlüyü isə 0,126 saniyə fərqlə Mark Markes tamamlayıb.
Ay Oqura dördüncü, dünya çempionatının ümumi sıralamasına başçılıq edən Xorxe Martin isə beşinci nəticəni göstərib.
Qeyd edək ki, Avstraliya Qran-prisinin təsnifat mərhələsi və sprint yarışı oktyabrın 24-də, əsas yarış isə oktyabrın 25-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















