“MotoGP” çempionu Yaponiya Qran prisində xəsarət aldı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
27 yaşlı ispaniyalı motosikletçi və hazırkı “MotoGP” çempionu Xorxe Martin Yaponiya Qran-prisində sprint yarışında yıxılaraq çiyin sümüyünü sındırıb.
İdman.biz xəbər verir ki, yarışa 17-ci yerdən başlayan Martin, ilk döngədə əyləc etmə zamanı səhv edərək komanda yoldaşı Marko Bedzeçkiyə çırpılıb.
Hər iki yarışçı qumluğa düşüb. Martin dərhal tibbi mərkəzə aparılıb və rentgen nəticəsində sağ çiyin sümüyündə sınıq və yerindən sürüşmə aşkarlanıb. Bedzeçkini isə ayaq əzələsində zədə diaqnozu ilə müayinə ediblər.
Qeyd edək ki, Martin bu mövsüm dəfələrlə xəsarət və sınıqlarla üzləşib.

Alpin komandasının pilotu Yaponiya Qran prisində baryerlərə çırpılıb
04 Aprel 2025 16:12
İkiqat dünya çempionu olan türkiyəli bayker MotoGP də çıxış edə bilər
27 May 2025 17:54
Formula 1: Yaponiya Qran prisində sıralama turunun qalibi müəyyənləşib
05 Aprel 2025 11:28
Yaponiya Qran Prisi: Hemiltona mane olan pilot cəzalandı
05 Aprel 2025 13:56
Anyma Bakıda Azərbaycan Qran Prisində
19 May 2025 16:45

