Kəpəz də baş məşqçi postuna daha bir namizəd
Icma.az, sport24.az saytına istinadən bildirir.
Ukraynalı mütəxəssis Yuri Maksimov "Kəpəz"də baş məşqçi postuna namizədlərdən biridir. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Gəncə təmsilisinin Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov bu məsələ ilə bağlı saytımıza açıqlama verib:
"Yalnız onu deyə bilərəm ki, namizədlər arasında yerli və xarici mütəxəssislər var. Amma hansısa adı açıqlamaq düzgün deyil".
Qeyd edək ki, "Kəpəz" daha əvvəl baş məşqçisi Adil Şükürovla vidalaşıb. "Sarı-göylər" çempionatda keçirdiyi ilk beş qarşılaşmada məğlub olub. Yuri Maksimov daha əvvəl 2017/2018 mövsümündə "Keşlə"də (hazırkı "Şamaxı") işləyib və komanda ilə Azərbaycan Kubokunun qalibi olub.

“Kəpəz”də baş məşqçi postuna yeni namizəd EKSKLÜZİV
21 Sentyabr 2025 14:14
Kəpəz in baş məşqçi postuna daha bir namizəd bəlli oldu
27 May 2025 09:52
Kəpəz də yeni baş məşqçi Rəsmi
10 İyun 2025 17:57
İngiltərə klubunun baş məşqçi postuna yeni namizəd
11 Aprel 2025 17:59
“Borussiya”nın baş məşqçi postuna yeni namizəd
29 Yanvar 2025 11:39

