Kəpəz dən ayrılaraq Cənubi Afrika klubuna keçən futbolçu oynamaq üçün icazə ala bilmir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı futbolçu Turan Manafovun yeni komandası "Stellenboş"da debütü yubana bilər.
Oxu.Az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ölkə çempionatının startını buraxmaq təhlükəsi ilə üzləşib.
Buna səbəb Manafovun ölkədən iş icazəsinin hələ almamasıdır. Bu üzdən onun CAR çempionatının yeni mövsümünün 1-ci turunda "Kayzer Çifs"lə keçiriləcək oyunda iştirakı gözlənilmir. Buna baxmayaraq, rəhbərlik sənədləşmə işlərini bu günlərdə həll etməyə çalışır.
"Stellenboş"un "Kayzer Çifs"lə ev oyunu avqustun 10-da baş tutacaq. "Kəpəz"dən ayrıldıqdan sonra CAR-a üz tutan cinah müdafiəçisinin debütü bu gedişlə daha sonraya qalacaq.

Kəpəz dən ayrıldı, Afrika klubuna keçdi FOTO
22 İyul 2025 16:17
Allahşükür Paşazadə Cənubi Afrika gedir
08 Avqust 2025 13:43
“Kəpəz” “Qarabağ” üçün başladı
15 May 2025 14:36
Kəpəz üçün şad xəbər
18 Dekabr 2024 22:19
Kəpəz dən ayrılan futbolçu Malta klubunda
04 Fevral 2025 16:24

