Icma.az
close
up
RU
Kəpəz in belaruslu kapitanı: Santuşa münasibətin yaxşı olmaması əcnəbilərin uğuruna şübhə ilə yanaşmalarıdır MÜSAHİBƏ

Kəpəz in belaruslu kapitanı: Santuşa münasibətin yaxşı olmaması əcnəbilərin uğuruna şübhə ilə yanaşmalarıdır MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan və Belarus milli komandalarının yoldaşlıq görüşü ərəfəsində “Kəpəz”ın kapitanı, belaruslu müdafiəçi Yeqor Xvalko ölkəsinin mətbuatına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, qarşılaşmanı dəyərləndirib.

- Hazırda Azərbaycan futbolunda ən tanınmış şəxs milli komandanın portuqaliyalı baş məşqçisi Fernando Santuşdur.

- Ümumiyyətlə, Azərbaycanda əksər futbol adamlarının Santuşa münasibətinin yaxşı olmamasının səbəbi onların əcnəbi məşqçilərin uğur qazanacaqlarına şübhə ilə yanaşmalarıdır. Bilirlər ki, xaricdən gələnlərin maaşları xeyli yüksəkdir. Çoxları deyir ki, milliyə yerli mütəxəssis təyin edin, qoy bir müddət işləsin və görək, bəlkə öz məşqçilərimizlə daha yaxşı olur? Son iyirmi ildə azərbaycanlı mütəxəssislər, demək olar ki, milli komandaya rəhbərlik etməyiblər, əsasən, əcnəbilər işləyib. Amma heç bir nəticə də yoxdur. Buna görə də çoxları yerli məşqçilərdən birinin komandanı çalışdırmasını istəyir.

Santuşun komandaya hansı futbolu aşıladığını söyləmək çətindir. Millətlər Liqasının altı matçında çox zəif çıxış ediblər. Heyətdə yeni adlar var. Bu oyunlar üçün də komandaya bir neçə yeni oyunçu cəlb olunub, onlardan bəziləri debüt edə bilər. Yalnız komandamızla oyundan sonra müəyyən nəticələr çıxarmaq mümkün olacaq - aşağı-yuxarı bərabər səviyyəli rəqiblər qarşılaşacaqlar. Bunun fonunda Santuşun hansı oyun modelini aşılamaq istədiyi bəlli olacaq. Axı komanda İsveç millisinə 0:6 hesabı ilə uduzanda onun hansı futbolu görmək istədiyini söyləmək çətindir...

- Belarusla oyuna böyük maraq var?

- Məsələn, Belarusun və ya Azərbaycanın daha güclü olması barədə söhbətlər yoxdur. Çoxları sadəcə deyirlər: “Bizə qələbə lazımdır”. Çünki komanda Millətlər Liqasında altı qələbəsiz oyun keçirib. Uğurlu nəticələr əldə etməmələri bir yana, həm də az qol vururlar. Ona görə də hamı qələbə gözləyir. Gördüklərimə əsasən, Haiti yığması ilə oyuna maraq az idi. Belarusla matça azarkeşlərin marağının necə olacağını bilmirəm. Komandalar kiçik qəsəbə olan Masazırda oynayacaqlar. Düşünürəm ki, altı minə yaxın azarkeş gəlsə, çox yaxşı olar.

Qeyd edək ki, Azərbaycan - Belarus yoldaşlıq matçı bu gün "Bank Respublika Arena"da keçiriləcək və saat 21:45-də başlayacaq. Yığmamız üç gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub, rəqibimiz isə səfərdə Tacikistan yığmasına "futbol dərsi" keçib (5:0).

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri