“Kəpəz”in futbolçusu: “Mövsümün ikinci yarısına qələbə ilə başlamaq önəmli idi”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu, həm də qış fasiləsindən sonra ilk matçımız oldu”.
Bu sözləri “Kəpəz”in futbolçusu Rauf Hüseynli deyib.
26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 17-ci turunda səfərdə “Qarabağ”ı məğlub etdikləri (2:0) qarşılaşma haqqında fikirlərini bölüşüb.
“Mövsümün ikinci yarısına qələbə ilə start vermək bizə əlavə motivasiya verəcək. Hər qazanılan xal çox dəyərlidir. Ona görə komanda olaraq çox sevindik. Amma artıq bu oyunu unutmalı və növbəti matça köklənməliyik”, - deyə sport24.az-a açıqlamasında deyib.
R.Hüseynli həmin görüşdə qələbəyə inandıqlarını deyib:
“Çətin olacağını da bilirdik. Amma hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq. “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı hər oyununa baxıram. Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Biz də baxırıq, dəstək oluruq. Əsas mərhələdə son matçları qalıb. “Liverpul”la oyunda onlara uğurlar arzulayıram. Səfərdə yaxşı nəticə qazanacaqlarına inanırıq. Çünki hər kolleltivə qarşı yaxşı və intizamlı oyun sərgiliyə bildiklərini göstəriblər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 27 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















