Icma.az
close
up
RU
ARDNF dövlət büdcəsinin dayanıqlığını təmin edən strateji model formalaşdırır

ARDNF dövlət büdcəsinin dayanıqlığını təmin edən strateji model formalaşdırır

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Son illər qlobal iqtisadi sistem dərin struktur dəyişiklikləri mərhələsinə qədəm qoyub. Geosiyasi gərginliklər, ticarət münaqişələri, enerji bazarlarında qiymət dalğalanmaları, yüksək inflyasiya və maliyyə bazarlarında artan volatillik dövlətlərin fiskal və monetar siyasətləri üçün riskləri əhəmiyyətli dərəcədə artırıb. Belə bir şəraitdə ölkələrin iqtisadi təhlükəsizliyi cari gəlirləri ilə yanaşı, bu gəlirlərin necə idarə olunmasından, hansı risklərə qarşı nə dərəcədə qorunduğundan asılıdır.

Məhz bu mürəkkəb və dəyişkən qlobal mühitdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) uzunmüddətli, praqmatik və riskləri öncədən qiymətləndirən idarəetmə yanaşması ilə ölkənin maliyyə təhlükəsizliyinin əsas dayaqlarından biri kimi çıxış edir. Fondun strategiyası qısa müddətli bazar dalğalanmalarına reaksiya verməkdən çox, aktivlərin dəyərini uzunmüddətli perspektivdə qorumaq və artırmaq üzərində qurulub. Nəticədə Azərbaycanın strateji valyuta ehtiyatları həm həcminə görə, həm də struktur keyfiyyətinə görə güclənib.

Bu yanaşma ARDNF-ni sadəcə neft-qaz gəlirlərinin toplayıcısından mürəkkəb qlobal maliyyə mühitində qərar qəbul edə bilən peşəkar investor institutu kimi ön plana çıxarır.

"Maliyyə yastığı" və makroiqtisadi sabitlik

Azərbaycan Dövlət Neft Fondu yarandığı gündən etibarən fiskal intizamın möhkəmləndirilməsi və makroiqtisadi sabitliyin qorunmasında əsas maliyyə dayaqlarından biri olub. Fondun fəaliyyəti neft gəlirlərinin toplanması ilə məhdudlaşmır, əsas məqsəd bu vəsaitlərin uzunmüddətli perspektivdə qorunması, artırılması və nəsillərarası ədalət prinsipinə uyğun idarə edilməsidir.

Bunun nəticəsində ARDNF həm ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan layihələrin maliyyələşdirilməsində, həm də gələcək nəsillər üçün maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 2026-ci il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon ABŞ dollarına çatıb. Bu ehtiyatların 86,5 %-i və ya 73 milyard 541,5 milyon ABŞ dolları məhz ARDNF-nin payına düşür.


Azərbaycan Mərkəzi Bankının ehtiyatları ilə birlikdə formalaşan bu struktur ölkənin xarici şoklara qarşı dayanıqlığını artıran real "maliyyə yastığı" rolunu oynayır. Təsadüfi deyil ki, 2025-ci ilin IV rübündə valyuta ehtiyatları 4,4 %, son bir ildə isə 19,8 % artıb. Xüsusilə ARDNF-nin ehtiyatlarının daha sürətli artımı Fondun seçdiyi idarəetmə strategiyasının bazar şərtlərinə adekvat olduğunu göstərir.

Dayanıqlı və etibarlı maliyyə platforması

Azərbaycanın büdcə gəlirlərinin qlobal neft bazarındakı konyunkturadan asılı olması obyektiv reallıqdır və bu, neft hasil edən əksər ölkələr üçün xarakterikdir. Lakin həlledici məqam neft gəlirlərinin mövcudluğu deyil, onların necə idarə olunmasıdır. ARDNF uzun illərdir ki, dövlət büdcəsinin əsas və proqnozlaşdırılan maliyyə mənbəyi funksiyasını yerinə yetirərək fiskal siyasət üçün sabit baza formalaşdırır.

2025-ci ildə Fondun dövlət büdcəsinə transfertləri 14 milyard 481 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13,3 % artım deməkdir. Bu artım sosial və iqtisadi layihələrin maliyyələşdirilməsində davamlılığı qorumaqla yanaşı, fiskal planlaşdırmada riskləri əhəmiyyətli dərəcədə azaldır. Fondun büdcə öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməsi dövlət maliyyəsinin idarə edilməsinə olan etimadı gücləndirir.

Paralel olaraq ARDNF qlobal investisiya nəhəngləri ilə əməkdaşlığı genişləndirərək infrastruktur və real aktivlər üzrə iştirakını artırır. Ötən həftə Davos İqtisadi Forumu çərçivəsində "BlackRock", GIP və "Brookfield Asset Management" ilə imzalanan niyyət protokolları bu strategiyanın institusional əsasını formalaşdırır. Qarşıdakı 3-4 il ərzində "BlackRock" və GIP ilə 1,5 milyard ABŞ dollarınadək, "Brookfield" ilə isə 1,4 milyard ABŞ dollarınadək birgə investisiya imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Bu əməkdaşlıqlar risklərin həm coğrafi, həm də sektorlar üzrə diversifikasiyasını dərinləşdirir.


Sabit gəlirlər və proqnozlaşdırılan axınlar

Qlobal maliyyə bazarlarında dəyişkənliyin artdığı, gəlirlərin sabitliyinin daha çox risk altında olduğu bir şəraitdə ARDNF üçün əsas üstünlüklərdən biri proqnozlaşdırılan və uzunmüddətli gəlir mənbələrinin qorunub saxlanılmasıdır. Fondun investisiya strategiyası məhz bu balans üzərində qurulub: bir tərəfdən sabit və etibarlı pul axınları, digər tərəfdən isə gəlirliliyi artıran aktiv idarəetmə yanaşması.

Belə ki, ARDNF-in gəlir strukturunda əsas paya malik olan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları Azərbaycan üçün həm enerji layihələridir, həm də strateji maliyyə aktivləridir. 2025-ci ildə AÇG-dən 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat gəlir əldə edilməsi bu layihələrin hələ də yüksək iqtisadi səmərəliliyə malik olduğunu təsdiqləyir.

Hasilat sazişlərinin uzunmüddətli olması Fondun gəlir axınlarını qabaqcadan proqnozlaşdırmağa imkan verir və investisiya strategiyasının daha stabil, riskləri daha yaxşı hesablayan əsaslar üzərində qurulmasını təmin edir.

Keyfiyyət mərhələsi

Sabit gəlir mənbələri üzərində formalaşan bu baza ARDNF-yə daha çevik və fəal investisiya siyasəti aparmaq imkanı yaradır. Məhz bu kontekstdə son illərdə Fondun investisiya fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlayıb.

Son 5 ildə ARDNF-nin investisiya fəaliyyətindən əldə etdiyi 22,7 milyard ABŞ dolları gəlir Fondun passiv gəlir modelindən aktiv investor modelinə keçidini aydın şəkildə göstərir. Bu məbləğin xalis neft-qaz daxilolmalarını təxminən üç dəfə üstələməsi gəlirlərin strukturunda baş verən mühüm dəyişikliklərin göstəricisidir.

Eyni dövrdə Fondun aktivlərinin 70 % artaraq 73,5 milyard ABŞ dollarına yüksəlməsi risklərin düzgün bölüşdürülməsi, aktiv sinifləri üzrə balanslaşdırılmış yanaşma və uzunmüddətli strateji baxışın nəticəsi kimi qiymətləndirilə bilər. Məhz bu balanslaşdırılmış yanaşmanın mühüm elementlərindən biri də portfeldə qoruyucu və sabit dəyər yaradan aktivlərin payının məqsədyönlü şəkildə artırılmasıdır.

Qızıl ehtiyatları: strateji qoruyucu mexanizm

Bu baxımdan Fondun qızıl aktivləri onun ümumi strategiyasında xüsusi yer tutur və bazar tsikllərindən asılılığı azaltmağa xidmət edir.

ARDNF-in qızıl ehtiyatlarını ötən il 200 tona çatdırması və qızılın investisiya portfelində payının 38,2 %-ə yüksəlməsi məhz bu riskdən qorunma yanaşmasının nəticəsidir. Monetar siyasətlərin sərtləşdiyi, geosiyasi risklərin artdığı və inflyasiya gözləntilərinin yüksəldiyi bir dövrdə qızıl Fond üçün həm aktivlərin dəyərinin qorunması, həm də uzunmüddətli stabil gəlir mənbəyi rolunu oynayır.

Qızıl qiymətlərinin tarixi maksimumlara yaxınlaşması ARDNF-nin portfel strukturunun vaxtında və rasional qərarlarla formalaşdırıldığını göstərir. Bu strategiyanın nəticəsi olaraq, 2026-cı il bu il yanvarın 1-nə Fondun aktivləri 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb və illik müqayisədə 22,5 % artım qeydə alınıb. 2025-ci ildə vəsaitlərin idarə olunmasından əldə edilən 6,2 % gəlirlilik isə qlobal maliyyə bazarlarında mövcud mürəkkəb şərtlər fonunda yüksək nəticə kimi qiymətləndirilir.

Qızıl qiymətlərinin tarixi maksimumlara yaxınlaşması ARDNF-nin portfel strukturunu vaxtında və düzgün qərarlarla optimallaşdırdığını göstərir. Bu il yanvarın 1-nə Fondun aktivlərinin 73 milyard 541,5 milyon ABŞ dollarına çatması və illik müqayisədə 22,5 % artım nümayiş etdirməsi də bunun bariz nümunəsidir. 2025-ci ildə vəsaitlərin idarə olunmasından əldə edilən 6,2 % gəlirlilik isə qlobal bazar şərtləri nəzərə alındıqda yüksək nəticə hesab olunur.

Bir sözlə, ARDNF-nin hazırkı fəaliyyəti qısa müddətli fiskal ehtiyaclarla məhdudlaşmayan, Azərbaycanın gələcək nəsilləri üçün maliyyə ehtiyatlarının qorunmasına, dövlət büdcəsinin dayanıqlığının təmin edilməsinə və ölkənin beynəlxalq maliyyə mövqelərinin möhkəmləndirilməsinə xidmət edən strateji model formalaşdırır.

“Report”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri