Separatçı “daxili işlər naziri“ Xankəndində Saakyan və Qukasyanla görüşüb İrəvana qaçmasından danışdı...
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Mən onları sonuncu dəfə getdiyim gün gördüm, Bako Saakyanı, Arkadi Qukasyanı gördüm, sonra Ermənistan Respublikasına getdim və onların əsir götürüldüyünü öyrəndim. Burada açıqlanmayan və ya danışılmayan heç bir sirr yoxdur."
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu 2023-cü ilin sentyabrından Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "daxili işlər naziri" Karen Sarkisyan İrəvandakı Yerablur hərbi qurbanlar məzarlığında jurnalistlərlə törətdikləri cinayətlərə görə hazırda Bakıda həbsdər olan keçmiş separatçı hərbi-siyasi liderlərlə bağlı söhbətində bildirib.
"10 nəfərin Qarabağdan birdən Ermənistan Respublikasına necə köçmək istədiyi və sonuncuların köçürülmə üçün müraciət etməməsi ilə bağlı müzakirələrin doğru olub-olmadığı soruşulduqda, Sarkisyan heç bir məlumata malik olmadığını və bunu öyrənməyə vaxtı olmadığını açıqlayıb: "Düzünü desəm, mənim heç bir məlumatım yoxdur, respublikadan kənarda idim, öyrənməyə vaxtım yox idi, 2023-cü ildə hər kəsin deportasiya olunmaq, zorla deportasiya olunmaq qərarı verməsini normal hesab edirəm və həmin 10 nəfərin Ermənistan Respublikasına gəlməsini də normal sayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 27 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















