Icma.az
close
up
RU
Kəpəzin kapitanı: Sanki rəqibdən qorxduq MÜSAHİBƏ İdman və Biz

Kəpəzin kapitanı: Sanki rəqibdən qorxduq MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, Gəncə klubunun belaruslu müdafiəçisi komandasının Premyer Liqada uğursuz çıxışına münasibət bildirib.

- “Kəpəz” “Araz-Naxçıvan”la matçda rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Milli komandaların oyunlarına görə çempionata verilən fasilədən necə istifadə etmişdiz?

- Biz yaxşı hazırlaşmışdıq. İlk həftə fiziki aktivlik var idi və oyuna az qalmış rəqib üzərində çalışmağa başlamışdıq. İlk hissədə oyunumuz alınmadı. Sanki rəqibdən qorxduq. İkinci hissəni isə yaxşı keçirdik. Məncə, hesabı bərabərləşdirə bilərdik. Çünki qol epizodlarımız olmuşdu.

- “Araz-Naxçıvan” bu mövsüm uğurlu çıxış edir və ikinci pillədədir. Onlara qarşı oynamaq çox çətindir?

- Məncə, onlar layiqli şəkildə bu yerdədirlər. Deməzdim ki, onlara qarşı oynamaq çətindir. Sadəcə “Araz-Naxçıvan”ın heyətində bir epizoddan da dəqiq yararlanan futbolçuları var. Məhz həmin oyunçular matçın taleyini həll edə bilir.

- “Kəpəz” hazırda 7 xalla turnir cədvəlində sonuncu pillədədir. Səncə, bu durumdan çıxmağınız alınacaq?

- Azərbaycan Premyer Liqasında “Qarabağ”dan başqa istənilən rəqibə qarşı oynamaq olar. Çünki “Qarabağ” başqa səviyyədədir. Biz bütün matçlarda ən yaxşısına çalışacağıq.

- Növbəti turda rəqibiniz “Şamaxı”dır. Bu rəqibi səfərdə məğlub etməyiniz nə dərəcədə realdır?

- “Şamaxı” yaxşı komandadır. Məşqçi işi aydın şəkildə görülür. Əlbəttə ki, qalib gəlmək mümkündür. Məşqçinin deyəcəyi tələbləri yerinə yetirməliyik. O zaman nəticə olacaq.

- Səni uzun müddətdir ki, Belarus millisinə dəvət etmirlər. Millinin baş məşqçisi Karlos Alos səninlə maraqlanmır?

- Artıq bu haqda danışmışam. Oynadığın komanda sonuncu pillədədirsə, yığmaya düşmək çətindir. Üstəlik, millinin dəyişməyən heyəti var. Millimizin oyunlarına baxıram. Komanda çox pis də çıxış etmir. Ona görə də nəyisə dəyişməyin mənasını görmürəm.

- Matçın sonlarında fanatlarla mübahisə yaşandı və onlar sənə də nəsə deyirdi. Orada nə baş vermişdi?

- Mən bütün fanatları üzündən tanıyıram. Orada qəribə adamlar var idi, qışqırıb təhqir edirdilər. Soruşdum ki, nə problem var axı? O da qışqırmağa davam etdi. Axı mənim də 15 yaşım yoxdur ki, dayanıb onun təhqirlərinə qulaq asım. Bu insanlarla ortaq bir şeyin olmasını istəmirəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri