Icma.az
close
up
RU
Sanki ArazNaxçıvandan qorxduq MÜSAHİBƏ

Sanki ArazNaxçıvandan qorxduq MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. Gəncə klubunun belaruslu müdafiəçisi komandasının Premyer Liqada uğursuz çıxışına münasibət bildirib.

- “Kəpəz” “Araz-Naxçıvan”la matçda rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Milli komandaların oyunlarına görə çempionata verilən fasilədən necə istifadə etmişdiz? 

- Biz yaxşı hazırlaşmışdıq. İlk həftə fiziki aktivlik var idi və oyuna az qalmış rəqib üzərində çalışmağa başlamışdıq. İlk hissədə oyunumuz alınmadı. Sanki rəqibdən qorxduq. İkinci hissəni isə yaxşı keçirdik. Məncə, hesabı bərabərləşdirə bilərdik. Çünki qol epizodlarımız olmuşdu. 

- “Araz-Naxçıvan” bu mövsüm uğurlu çıxış edir və ikinci pillədədir. Onlara qarşı oynamaq çox çətindir?

- Məncə, onlar layiqli şəkildə bu yerdədirlər. Deməzdim ki, onlara qarşı oynamaq çətindir. Sadəcə “Araz-Naxçıvan”ın heyətində bir epizoddan da dəqiq yararlanan oyunçuları var. Məhz həmin oyunçular matçın taleyini həll edə bilir.

- “Kəpəz” hazırda 7 xalla turnir cədvəlində sonuncu pillədədir. Səncə, bu durumdan çıxmağınız alınacaq?

- Azərbaycan Premyer Liqasında “Qarabağ”dan başqa istənilən rəqibə qarşı oynamaq olar. Çünki “Qarabağ” başqa səviyyədədir. Biz bütün matçlarda ən yaxşısına çalışacağıq.

- Növbəti turda rəqibiniz “Şamaxı”dır. Bu rəqibi səfərdə məğlub etməyiniz nə dərəcədə realdır?

- “Şamaxı” yaxşı komandadır. Məşqçi işi aydın şəkildə görülür. Əlbəttə ki, qalib gəlmək mümkündür. Məşqçinin deyəcəyi tələbləri yerinə yetirməliyik. O zaman nəticə olacaq.

- Səni uzun müddətdir ki, Belarus millisinə dəvət etmirlər. Millinin baş məşqçisi Karlos Alos səninlə maraqlanmır?

- Artıq bu haqda danışmışam. Oynadığın komanda sonuncu pillədədirsə, yığmaya düşmək çətindir. Üstəlik, millinin dəyişməyən heyəti var. Millimizin oyunlarına baxıram. Komanda çox pis də çıxış etmir. Ona görə də nəyisə dəyişməyin mənasını görmürəm.

- Matçın sonlarında fanatlarla mübahisə yaşandı və onlar sənə də nəsə deyirdi. Orada nə baş vermişdi?

- Mən bütün fanatları üzündən tanıyıram. Orada qəribə adamlar var idi, qışqırıb təhqir edirdilər. Soruşdum ki, nə problem var axı? O da qışqırmağa davam etdi. Axı mənim də 15 yaşım yoxdur ki, dayanıb onun təhqirlərinə qulaq asım. Bu insanlarla ortaq bir şeyin olmasını istəmirəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri