Kəramət Böyükçöl: “Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mən də düşünürəm ki, Qurban Qurbanov Nəriman Axundzadəni oyuna daxil etməli deyildi. Amma mən futbol eksperti deyiləm. Görünür, Qurban müəllimin Nərimandan gözləntisi varmış, o da özünü doğrultmayıb".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl sosial media hesabında yazıb.
O bildirib ki, Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırıb:
"Baxıram ki, Qurban Qurbanov haqqında çox pis şeylər yazan adamlar var. Futbol oyun da olsa, bu qədər azarkeş etibarsızlığı kənardan heç yaxşı görsənmir. Dünən göylərə qaldırdığımız adamı sən demə, ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq. Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırmış, onu Avropa klubları səviyyəsinə çatdırmış bir insandır. Yəni o, artıq öz işini görüb. Bunu unutmayaq. Bundan sonra ola da bilər, olmaya da bilər. Hər zaman qəlbimizdəsən, Qurban!".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub. Komanda Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qonaqların qələbəsi ilə bitib - 4:2. "Ayaks" Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın isə turnirdə 7 xalı var.
Baxış sayı:65
Bu xəbər 11 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















