Kəramət Şükürov dəfn olundu
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 13-də küçədə meyiti tapılan şair, nasir, jurnalist Kəramət Şükürov bu gün dəfn olundu.
Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o Masallıda atasının yanında torpağa tapşırılıb.
Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən “Yazıçı” və “Elm” nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət “Novruz”, “Oğuz eli” qəzetləri ilə əməkdaşlıq edib. “Nəfəs”, “Yeni quruluş” qəzetlərinin baş redaktoru, “Məqam” qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, “Ulduz” jurnalında və “Yaşıl budaqlar” almanaxında dərc olunub.
Baxış sayı:75
Bu xəbər 15 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















