Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Ay Kəramət, heeeyyy...!

Ay Kəramət, heeeyyy...!

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bilənlər bilir, Allah şairi yaratmazdan əvvəl onun dözümünün həddini müəyyənləşdirir, sonra istedad payını ayırır. Odur ki, bütün insani keyfiyyətlər ölçüyə sığır, dözümdən və istedaddan savayı. Sonra verdiyini alan, aldığını qaytarmayan Qoca Dünya əvvəl “şairəm” deyən zatı qartımış dişinə vurar, bərkini, boşunu yoxlar.

Çoxunu elə ilk sınaqda kənara qoyar. Bəziləri Qoca Dünyanın qılığına girməyi bacardığından işi yaxşı gedə bilər. İki gündən bir bəzəkli-düzəkli kitabları da çıxa bilər. Amma ki, o kitablar özündən, oğul-uşağından savayı heç kimin gərəyi olmaz…

Onda ki, şairin istedadı ipə-sapa yatmadı, dözümü “səhrada qum göyərdirsə”, “söz mənimdi, haqq mənəm” deyib durursa, onda bu Qoca Dünyada “it ağzından çıxmış” bir ömür yaşamağa məhkumdur şair. Elə bu gün haqq dünyasına yola saldığımız şair Kəramət kimi…
Əzəldən heç xoşlamadığım ay olan avqustun 13-dən 14-nə keçən gecə Ayıq müəllim şairin ölüm xəbərini verəndə bir anlıq duruxdum… Kəramətin ölümə belə tez təslim ola biləcəyinə inana bilmirdim… Amma xəbər doğru idi… Düşüb həyətdə var-gəl elədim. Birgə keçirdiyimiz günlər xəyalən səhifələndi. Görüşlər, Kəramətin ədəbi mübahisələri, kəskin çıxışları… bir-bir gözümün önündə canlandı… Qalxıb kitabını axtardım. Vaxtilə haqqında “Ədəbiyyat qəzeti”ndə yazdığım “Million+1” kitabını vərəqlədim. Kitabdakı şeirlərin hər birinin maraqlı tarixi vardı.

… Sənin söz yerin var, sözünü de, get,
Yiyəsiz sözlərin yiyəsi – vaxtdır.
Abırsız zamandı, abrını gey get,
Kim kimdir? Son sözü deyəsi vaxtdır.

Çoxları bilməsə də, mənə məlumdur ki, onun həyatında baş verən hadisələrin ağrı-acısı yaradıcılığına hopmuşdur. Bir duyğu adamı kimi bu olacaqlar ona əzab versə də, dəyişmədi. “Ömrünün işğal illərində” ən çətin anlarda öz şair və insani ləyaqətini saxladı. Hərçənd ki, onun məcburən yaşadığı о “adamxanada başqa cür davrananlar” çox idi. Onu fərqləndirən cəhət, cəsarəti idi. Adamlar ölümü ən böyük bəla bilib ondan qaçanda, Kəramət həyat bəlalarından dincəlmək üçün ona doğru şığıyırdı.

… Sırtıq üzlərdən bezib,
Ölümü bəhanə edib,
Dincəlməyə gedəcəm.

“Adam olmaq günah sayılan” bu məmləkətdə o, yenə də insanlara inamını itirmədi

… İnsana o qədər inanıram ki,
Gələrdim qəbirdən çağırsaydılar.

Cəsarətsiz şair axtalanmış ayğırdı – deyərdi Kəramət. Onun şair eqosu ictimai şüuru həzm edə bilmədi, çünki ictimai şüurda debillik var. Odur ki, “adam sürüsünə qarışa bilmədi”, “yerdəkilərlə yola gedə bilmədi”, onun üçün “dünya şeytan bazarıydı, şeytanlar başa çıxacaq” Odur ki, onu bu dünyadan yığmaq çətin idi. Odur ki, gedib asılmağa bir ağac da tapa bilmirdi. Odur ki… Təzə adam axtarırdı bu məmləkətdə:

Ya yerdən çıx,
Ya göydən en,
Təzə adam.

Bəli, bu ictimai durum, “Gülləyə layiq olanlara mükafat verir”. Zamanın şeirini isə gözdən-könüldən uzaq Kəramət yazırdı. Əslində bu, belə də olmalıydı…
Bu, onun şair taleyi idi. İstəsə də dəyişə bilməyəcəkdi. Odur ki, yazırdı

… Yaş ötür, dünyayla barışammıram,
Sözün gücü çatmır, sözümü deyəm.

çünki

… Yaralı-yaralı himn oxuyur
Zəif adamların son ümidləri

Odur ki

… Bu üz gülməyi unudub,
O qədər ölüb-dirilib,
Daha ölməyi unudub.

Kəramət onu da yaxşı bilirdi ki, bu yaşam tərzi onun şair taleyidi. İstəsə də belədi, istəməsə də. Dözümlü, istedadlı şairin əzəli və əbədi missiyası elə qəm daşımaqdı.
Bunu da Kəramət deyirdi:

… Çıx üstümə, gör aləmi,
Hamını böyüdən qəm təpəsiyəm.

Şair qardaşım, bu gün sənin məzarın üstündəki qəm təpəsində dayanan kimdirsə yana-yana hey səni soraqlayır: Ay Kəramət, heeeyyy…

Zakir ABBAS,
Əməkdar jurnalist.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Avqust 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri