Icma.az
close
up
RU
Keramika saatları: Dözümlülük və baxımın sadə izahı…

Keramika saatları: Dözümlülük və baxımın sadə izahı…

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zərif, minimalistic görünüşü və davamlılığı sayəsində keramika saatlar həm saat həvəskarları, həm də gündə lik istifadəçilər arasında olduqca populyardır. Əgər həm üsluba, həm də funksionallığa önəm verən biri olaraq həm eleqantlığı, həm də uzunömürlülüyü özündə birləşdirən bir saat axtarırsınızsa, keramika saat doğru seçimdir.

Amma bir dəqiqə. Bernhard H. Mayer-in Alto Ceramic Watch kolleksiyası kimi keramika saatlara necə qulluq etməyi bilirsinizmi? Çətin deyil? Keramika saatlar gündəlik istifadəyə qarşı davamlıdırmı?

Budur, keramika saatlar haqqında bilməli olduğunuz hər şey və belə bir saat almağı düşünürsünüzsə, ona necə qulluq etməli olduğunuzu bilməlisiniz.

Niyə keramika saat seçməli?

Əvvəlcə qeyd edək ki, saat istehsalında istifadə olunan keramika, evdakı qab-qacaq keramikasından tam fərqlidir. Bu material yüksək texnologiyalı keramika adlanır və əsasən alüminiumoksid (Al₂O₃) və zirkoniumoksid (ZrO₂) kimi maddələrdən hazırlanır. Onu adi keramikadan fərqləndirən xüsusiyyətlər isə bunlardır:

İstisna davamlılıq –Standart keramika ilə müqayisədə daha möhkəm və dözümlüdür. Metaldan da daha cızılmaya davamlıdır və Mohs sərtlik şkalasında 8-9 bal toplayır. Müqayisə üçün, paslanmayan polad 4-5 bal gücünə davamlıdır.

Korroziyaya qarşı müqavimət – Keramika turşulara və oksidləşməyə qarşı davamlıdır. Buna görə də rütubətli şəraitdə belə paslanmır, qaralmır və parıltısını qorumaq üçün daim cilalamağa ehtiyac yoxdur.

Rəng sabitliyi – Keramikanın günəş şüalarına qarşı təbii davamlılığı var. Metaldan fərqli olaraq, zamanla solmur və rəngini itirmir. Bu isə o deməkdir ki, hətta ağ keramika saatlar belə vaxt keçdikcə saralmır.

Hipoallergen xüsusiyyətlər – Keramika kimyəvi cəhətdən inertdir, yəni dəriyə reaksiya vermir və allergiya yaratmır. Bu xüsusiyyəti onu dəri həssaslığı olan insanlar üçün ideal edir.

Yüngüllük və rahatlıq - Möhkəmliyinə baxmayaraq, keramika metalların çoxundan daha yüngüldür. Buna görə də biləkdə ağırlıq yaratmır və günboyu rahatlıq təmin edir.

Estetik cazibə - Metallar nə qədər cəlbedici olsa da, keramikanın özünə məxsus müasir və zərif görünüşü var. Dizayndan asılı olaraq, keramika saatlar həm lüks, həm də çox dəbli və iddialı görünə bilər.

Keramika saatlar doğrudan da davamlıdır?

Keramika saatların çox üstünlükləri olsa da, nəzərə alınmalı bir məqam onların kövrəkliyidir. Keramika cızılmaya qarşı son dərəcə davamlı olsa da, elastiklik çatışmazlığı səbəbilə güclü zərbələr və sərt toxunuşlar zamanı çatlaya vəya qırıla bilər.

Bu isə keramika saatların pis olduğu anlamına gəlmir. Əksinə, bu kiçik bir kompromisdir. Sadəcə bir neçə sadə qaydaya əməl etməklə keramika saat uzun illər yeni kimi qala bilər.

Keramika saatlara necə qulluq etməli?

Keramika saatlar ümumilikdə az baxım tələb edir. Lakin müəyyən rutin qulluq onların ideal vəziyyətdə qalmasını təmin edəcək:

Daima təmizləyin - Yumşaq, sap buraxmayan parçailə mütəmadi silin. Əgər saat tər, kosmetika və ya çirkli suya məruz qalıbsa, yumşaq fırça və ya microfiber parça ilə təmizləyib, ilıq sabunlu su ilə yuyun və yaxşıca qurulayın.

Diqqətlə istifadə edin - Keramika cızıqlara davamlı olsa da, zərbələrə qarşı kövrəkdir. Buna görə idman, ağır fiziki işlər və ya sərt toxunuş tələb edən fəaliyyətlər zamanı ehtiyatlı olun.

Düzgün saxlayın - İstifadə etmədikdə keramika saatı yumşaq, yastıqlı qutuda saxlayın. Çox rütubətli mühitdən uzaq tutun, çünki bu, digər komponentlərin ömrünü azalda bilər.

Vaxtaşırı servisə göstərin - Çat, qırıq və ya hər hansı zədəni dərhal rəsmi servis mərkəzinə göstərmək lazımdır. Ev üsulu ilə təmir etməyə çalışmayın. Üstəlik, saatı 2–3 ildən bir peşəkar müayinə və servisdən keçirmək ömrünü uzadar.

Zamansız üslub və zəriflik

Bernhard H. Mayer-in İsveçrə istehsalı Alto Ceramic Black modelinin cəsur və müasir dalğanaxışları və ağ işıqlı indeksləri, yaxud gözoxşayan Alto Ceramic White modeli olsun - keramika saat seçərək uzun ömürlü, yüksək mühəndislik keyfiyyətinə malik və zərif dizaynlı bir aksessuar əldə etmiş olursunuz.

Bəli, keramika saatlar bir az əlavə qayğı tələb edir. Lakin onların davamlılığı, yüngüllüyü və estetik cəlbediciliyi buna tam dəyər. İstər tədbirə hazırlaşın, istər işə gedin, istərsə də adi gününüz olsun -keramika saat üslubunuza həmişə zərif bir toxunuş qatacaq.

QNET haqqında

QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Bir başa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib. Şirkət RYTHM - “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir.

QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF)rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.

Daha ətraflı məlumat üçün: www.qnet.net

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri