Icma.az
close
up
RU
Kərə yağının istehsalı və idxalı artır, amma qiymətlər DÜŞMÜR

Kərə yağının istehsalı və idxalı artır, amma qiymətlər DÜŞMÜR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son bir ildə Azərbaycanda kərə yağı qiymətlərində nəzərəçarpan artım müşahidə edilir. Bahalaşmanın istehsalın və idxalın rekord səviyyəyə çatdığı bir dövrdə baş verməsi diqqət çəkir.

Modern.az bildirir ki, məhsul bolluğu şəraitində qiymətlərin azalması gözlənilsə də, Azərbaycanda kərə yağı qiymətləri nəinki sabit qalır, hətta bahalaşmağa davam edir.

2024-cü ildə Azərbaycanda kərə yağının idxalında rekord səviyyədə artım olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xarici ölkələrdən Azərbaycana kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalı 78,4 faiz artıb. 2024-cü ildə Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı gətirilib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 92,4 milyon dollar dəyərində 16,6 min ton kərə yağı idxal olunub. Dəyər ifadəsində artım daha yüksək olub -88 faiz.

Kərə yağı idxalının belə yüksək səviyyədə artması sonuncu dəfə 1996-cı ildə qeydə alınıb. Həmin il idxal 87,1 faiz olmuşdur. Ümumiyyətlə son 30 ildə xaricdən Azərbaycana kərə yağının idxalında həm artım, həm də azalmalar müşahidə olıunub.

Son 30 ildə kərə yağı idxalında ən çox azalma 1997-ci ildə qeydə alınıb. Həmin il əvvəlki ilə nisbətən 64,2 faiz az yağ gətirimişdi. Ən az azalma isə 2017-ci ildə olub cəmi 3,9 faiz. İdxalda ən az azalma 2016-cı ildə qeydə alınıb- 4,1 faiz

Artan illər:

İl

Miqdar (ton)

Artım  (%)

1996

22001

87,1

2001

7914

33,6

2002

12576

59,3

2005

8021

20,9

2008

7109

62,5

2009

10561

48,6

2012

10715

27,9

2014

9839

17,6

2015

13794

40

2016

14365

4,1

2019

14032

16

2020

16806

19,7

2022

18563

23,6

2024

29611

78,4

Azalan illər:

İl

Miqdar (ton)

Azalma (%)

1995

11764

-20,8

1997

7887

-64,2

1998

8144

-3,3

2000

5 926

-30,7

2003

10202

-18,9

2004

6635

-34,7

2006

4208

-47,5

2011

8368

-25,6

2013

8367

-22

2017

13811

-3,9

2018

121153

-12,3

2021

15034

-10,5

2023

16597

-10,6

Göründüyü kimi  müstəqillik illərində Azərbaycana kərə yağı ən çox 2024-cü ildə olub.

Bəs bu müddətdə yerli istehsal necə olub? Göstəricilərə nəzər salaq.

1995-2004-cü illərdə  Azərbaycanda kərə yağı istehsalı 42 faiz çox artaraq 10 min tondan 14 min tona yüksəlib. 

İllər

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

2004

Kərə yağı, min ton

10

10,9

10,8

11,7

12,2

12,8

13,3

14,0

14,0

14,2

2005-2014-cü illər kərə yağı istehsalında böyük artımın yaşandığı bir dövr olub. 2005-ci ildən 2014-cü ilə qədər istehsal 14,2 min tondan 23,4 min tona yüksəlib. 10 il ərzində Azərbaycanda kərə yağı istehsalı 65 faiz artıb.

İllər

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

Kərə yağı, min ton

14,2

14,3

14,4

14,1

20,7

20,9

21,1

21,8

21,9

23,4

2015-2024-cü illərdə istehsal artsa da artəm tempi zəifləyib. Hətta 2018 və 2022-ci illərdə istahsalda azalmalar olub.

2024-cü ildə Azərbaycanda kərə yağı istehsalı rekord səviyyədə olub -  29,6 min ton. Maraqlıdır ki, ölkıədə rekord səviyyədə kərə yağı istehsal edildiyi il idxalda da rekord səviyyə qeydə alınıb.

İllər

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023

2024

Kərə yağı, min ton

23,9

25,6

25,3

23,6

25,3

25,8

27,0

25,9

27,0

29,6

Maraqlıdır yağ istehsalı və idxalı rekord səviyədə artır. Niyə?  Bəlkə ixracımız artır? İxrac göstəricilərinə də nəzər salaq.

2024-cü ildə ölkədən 78,4 milyon dollar dəyərində kərə yağı ixrac edilib. 2023-cü ildə isə bu göstərici 7 milyon dollar olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalında məlumat verilib. Beləliklə 1 ildə kərə yağı ixracı düz 11,2 dəfə artıb.

Mütəxəssislər ixracın kəskin artımını Rusiyaya təkrar ixracla  əlaqələndirirlər.  Bu artım indi də davam edir.

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə təkcə bu ilin yanvarında Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.

Ümumiyyətlə son 1 ildə Azərbaycanda kərə yağı qiymətlərində 30 faizdən çox artım müşahidə edilib. Əvvəllər 19 manata satılan kərə yağı indi alıcılara 24 manata təklif olunur.  Məsələnin maraqlı tərəfi odur ki, qiymətlər istehsalın və idxalın rekord səviyyədə olduğu bir dövrdə artıb. Əslində məhsul bolluğu şəraitində qiymətlər düşməli idi.

Araşdırmalar göstərir ki, kərə yağı ölkə daxilində özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Azərbaycanlı sahibkarlar rusiyada kərə yağına olan tələbi nəzərə alaraq, onu qoonşu ölkəyə daha yüksək qiymətlə satmağı üstün tuturlar. Bu vəziyyət yerli bazarda qiymətlərin yüksək qalmasına səbəb olur.

Ölkənin ərzaq balansına nəzər salanda məlum olur ki, Azərbaycanda kərə yağı ehtiyatı son 5 ildə 38 min tondan 46 min tona yüksəlib. Bunun təxminən 60 faizi yerli istehsalın payına düşür. 2088-ci illə müqayisədə azərbaycanda kərə yağı ilə özünütəminetmə səviyyəsi 84 faizdən 2023-cü ildə 64 faizə düşüb. Hazırda adambaşına kərə yağı istehlakı ildə 4 kiloqram təşkil edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri