Icma.az
close
up
RU
Kərim Tahirov: Kitab sərgisi mütaliəetmə sevgisi oyadır

Kərim Tahirov: Kitab sərgisi mütaliəetmə sevgisi oyadır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Bu gün kitabsevərləri, nəşrləri və müəllifləri bir daha bir araya gətirən XI Bakı Beynəlxalq Kitab Sərgisinə yekun vurulub. Milli Kitabxana əvvəlki bütün yarmarkalarda öz ekspozisiyası ilə iştirak edib və insanların kitablara necə münasibət bəslədiyi məni hər dəfə getdikcə daha çox sevindirir və ruhlandırır.

Bu barədə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC -ın müxbiri ilə söhbətdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib.

Onun sözlərinə görə, sərginin səhər saatları xüsusilə səciyyəvidir: “Səhər gəlib pavilyonların artıq ziyarətçilərlə dolu olduğunu görəndə, bu, kitablara marağın hələ də mövcud olduğunu göstərir. Eyni zamanda, nəşriyyatlar tərəfindən də maraq artır - onlar burada təkcə öz kitablarını təqdim etmir, həm də onları fəal şəkildə təşviq edirlər”.

Kərim Tahirov, həmçinin qeyd edib ki, bu il beynəlxalq bölmə ayrıca təşkil olunub və bu, xarici nəşriyyatların və mədəniyyət müəssisələrinin iştirakını daha əyani şəkildə təqdim etməyə imkan verib.

“Beynəlxalq iştirakçıların sayının artması əlamətdar hadisədir. Bu, Azərbaycanın beynəlxalq kitab təşəbbüsləri üçün mərkəzə çevrildiyini nümayiş etdirir”, - deyə direktor vurğulayıb.

Kitaba marağın azaldığı ilə bağlı geniş yayılmış fikrə gəlincə, Milli Kitabxananın direktoru fərqli münasibət bildirib: “İnsanların az mütaliə etdiyini iddia edənlərə kitabxanamıza gəlməyi tövsiyə edərdim. Əgər bu gün 250 yerlik böyük oxu zalında və 700 nəfər üçün nəzərdə tutulmuş digər məkanlarda oturacaqlar çatmırsa, oxucular hətta dəhlizlərdə və pilləkənlərdə oturublarsa – bu, mütaliəyə marağın mövcud olduğunun ən inandırıcı sübutudur”.

K.Tahirov vurğulayıb ki, bu cür sərgilər insanı ruhlandırır və mütaliə mədəniyyətini formalaşdırır: “İnsanlar gəlir, kitab seçir, alır, həvəslə oxuyurlar. Məhz belə tədbirlər kitaba marağın canlanmasına, kitab nəşrinin inkişafına, mütaliə mədəniyyətinin inkişafına təkan verir”.

O, həmçinin qeyd edib ki, kitab sərgiləri Azərbaycanda nəşriyyat işi və kitabxanaçılığın inkişafında çox böyük rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri