Icma.az
close
up
RU
Kərim Tahirov Macarıstan Milli Seçeni Kitabxanasını ziyarət edib

Kərim Tahirov Macarıstan Milli Seçeni Kitabxanasını ziyarət edib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstana işgüzar səfəri zamanı ölkənin aparıcı elmi-mədəniyyət ocaqlarından biri olan Macarıstan Milli Seçeni Kitabxanasını ziyarət edib.

525.az xəbər verir ki, görüş zamanı qonaqları kitabxananın rəhbərliyi qarşılayaraq bu nüfuzlu müəssisənin tarixi, fəaliyyəti və zəngin fondları barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Seçeni Kitabxanası Macarıstanın əsas milli yaddaş mərkəzi olmaqla, ölkənin çap irsinin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Kitabxananın fondlarında milyonlarla kitab, əlyazma, xəritə və digər nadir materiallar saxlanılır.

Görüş çərçivəsində tərəflər arasında kitabxana sahəsində gələcək əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlarda informasiya mübadiləsinin gücləndirilməsi, oxucular üçün yeni xidmət modellərinin tətbiqi və müasir texnologiyaların kitabxana fəaliyyətinə inteqrasiyası kimi məsələlər diqqət mərkəzində olub. Professor Kərim Tahirov qarşılıqlı əlaqələrin institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə davamlı dialoqun əhəmiyyətini vurğulayıb.Eyni zamanda, tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Professor Kərim Tahirov səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirərək, bu kimi görüşlərin iki ölkə arasında mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib. Səfər xatirə şəkillərinin çəkilməsi və əməkdaşlıq perspektivlərinə dair müzakirələrlə yekunlaşıb.


    
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Mart 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri