Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Kərim Tahirov Romada beynəlxalq konfransda iştirak edib

Kərim Tahirov Romada beynəlxalq konfransda iştirak edib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

525.az xəbər verir ki, noyabrın 24-də İtaliyanın paytaxtı Roma şəhərində Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda beynəlxalq konfransın açılışı olub.

Açılış mərasimində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirak edib.

1876-cı il martın 14-də əsası qoyulmuş Roma Mərkəzi Milli Kitabxanası150 illik yubileyini zəngin mədəni və elmi tədbirlər proqramı ilə qeyd edir.

Dünyanın aparıcı milli kitabxanalarının rəhbərlərini, nüfuzlu beynəlxalq  mədəniyyət təşkilatlarını və kitabxana-informasiya sahəsinin mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbir kitabxanaların müasir dövrdə qarşılaşdıqları çağırışların, mədəni irsin mühafizəsi və ictimaiyyətə təqdim olunmasına dair innovativ yanaşmaların, rəqəmsal texnologiyaların və süni intellektin kitabxana fəaliyyətində tətbiqi imkanlarının müzakirəsinə həsr olunub.

Konfransın açılış mərasimində İtaliya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Valentina Gemignani, Kitabxanalar və Mədəniyyət Müəssisələri üzrə baş direktor Paola Passarelli və Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo salamlama nitqləri ilə çıxış ediblər.

Açılış mərasimindən sonra Roma Mərkəzi Milli Kitabxanasının tarixi və fəaliyyətinə həsr olunmuş sessiyalar keçirilib. Sessiyalarda 150 illik tarixə malik kitabxananın formalaşması və inkişaf mərhələləri, zəngin sənədli irsin qorunması, kitabxana fondlarının mühafizəsi, oxuculara göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının tətbiqi məsələləri diqqət mərkəzində olub.

Beynəlxalq konfransın ilk günündə kitabxanaların yalnız çap nəşrlərinin və əlyazma irsinin mühafizə olunduğu müəssisələr kimi deyil, həm də müasir bilik və informasiya mübadiləsinin mühüm mərkəzləri kimi inkişaf etməsinin əhəmiyyəti vurğulanıb. Rəqəmsal mühitin yaratdığı yeni imkanlar, mədəni irsin gələcək nəsillərə ötürülməsi və kitabxanaların cəmiyyətin informasiya tələbatının ödənilməsində rolu tədbirin əsas müzakirə istiqamətlərini təşkil edib.

Tədbir çərçivəsində Roma Mərkəzi Milli Kitabxanasının 150 illik tarixinə və fəaliyyətinə həsr olunmuş “Carta canta” adlı sənədli film nümayiş etdirilib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun beynəlxalq konfransda iştirakı Azərbaycan və İtaliya kitabxanaları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, dünya kitabxanalarının qabaqcıl təcrübələrinin öyrənilməsi və beynəlxalq kitabxana əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfransın ilk gününün sonunda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov digər məruzəçilərlə birlikdə Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi münasibətilə təşkil olunmuş “Tesori” (“Xəzinələr”) adlı sərgi ilə tanış olub. Sərgidə kitabxananın zəngin tarixi və mədəni irsini əks etdirən qiymətli nümunələr nümayiş olunur.

Beynəlxalq konfrans noyabrın 25-də müxtəlif ölkələrin milli kitabxanalarını təmsil edən rəhbər və mütəxəssislərin məruzələri ilə öz işini davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri