Icma.az
close
up
RU
Kərimov Əli tükənmişlik sindromu yaşayır

Kərimov Əli tükənmişlik sindromu yaşayır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu aktora çevrilib. Bu gün geosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaq ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerji siyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədər geniş olduğunun təsdiqidir.

Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və milli maraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədri Kərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimi yeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşı fəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirdiyini gizlətməyən Kərimov Əlinin sosial mediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən də varam” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrum olduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəmə gəlməyə çalışan bu üzdəniraq hər fürsətdə ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiya yaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalan danışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasına çevirib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dayağı və ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada hakimiyyəti zorla ələ keçirən, Azərbaycanı xaos, anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas üzvlərindən olan Kərimov Əlinin əsl niyyəti sosial şəbəkələr vasitəsilə ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyası aparmaqdır. Xaricdəki bəzi media orqanlarına Azərbaycanla bağlı şikayət etmək, dövlətimizin əleyhinə təbliğat aparmaq, yalanlar danışmaq xalqın marağına xidmətdirmi? Kərimov Əlinin həyasızcasına apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli məqsədlərin, xain planların dayandığını xalqımız, cəmiyyətimiz yaxşı bilir. Ölkədə medianın, vətəndaş cəmiyyəti institutlarının olmadığını iddia etmək üçün ancaq Kərimov Əli olmaq lazımdır. 150 illiyini qeyd etdiyimiz müstəqil, azad mətbuatımız Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təkcə bir fakt Kərimov Əlinin iddiasını darmadağın etmək üçün yetərlidir. Bu il iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri bir araya gəldi. Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Demokratiyanın olmadığı ölkədə bütün bunlar ola bilərmi? Bu gün mediamız, vətəndaş cəmiyyəti institutlarımız ölkəmizin maraqlarını qorumağa, istənilən yalan, iftira kampaniyasına cavab verməyə qadirdir. Amma müstəqilliyimizin bərpasının ilk illərində digər sahələr kimi, mətbuat da ciddi problemlərlə üz-üzə qalmışdı. Kərimov Əlinin də təmsil olunduğu və hakimiyyəti zəbt etmiş qaragüruhun yarıtmaz siyasəti nəticəsində ölkədə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təqiblərlə, təzyiqlərlə üzləşirdilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başlandı. Kərimov Əli, sən bunları unuda bilərsən, amma cəmiyyətimiz unutmayıb. Görünür, Kərimov Əlinin başı anti-Azərbaycan fəaliyyətə, qarayaxmaya, sifariş yerinə yetirməyə o qədər qarışıb ki, Azərbaycan reallıqlarından bixəbərdir və xəyallar dünyasında yaşayır.
Vüqar Rəhimzadə bildirib ki, milli mənlik şüurundan, vətənpərvərlik hissindən məhrum olan Kərimov Əli və onun rəhbərlik etdiyi siyasi partiya tamamilə tükənib və heç bir resursa malik deyil. Milli maraqları şəxsi ambisiyalarına qurban verməklə tükənmişlik sindromu yaşayan bu antimilli ünsür siyasi baxımdan tamamilə müflis olub. Çıxış yolunu isə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqda görür. Başı çıxmasa da gah geosiyasətdən, gah da iqtisadi siyasətdən danışır. Amma Qərbdə müəyyən dairələrə xidmət etməsi, onların sifarişini yerinə yetirməsi reallığını gizlədə bilmir. Avropa demokratiyasından, xalqların azadlığından danışan antimilli ünsür Kərimov Fransanın neokolonializm siyasətindən xəbərsizdirmi? Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışları polis müdaxiləsi, dəyənəyin gücü ilə yatırılır. Budurmu xalqların azadlığı? Azərbaycana bunumu nümunə göstərirsən?
Əslində bütün bunlar bir o qədər də təəccüblü görünmür. Çünki Kərimov Əlinin mayası milli maraqlarımıza xəyanət etməklə yoğrulub. Amma unutmasın ki, onun anti-Azərbaycan fəaliyyəti hər zaman olduğu kimi, yenə də fiaskoya məhkumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri