Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Vüqar Rəhimzadə: Kərimov Əli tükənmişlik sindromu yaşayır

Vüqar Rəhimzadə: Kərimov Əli tükənmişlik sindromu yaşayır

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu aktora çevrilib. Bu gün geosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevrilən  enerji layihələri dünyanın enerji xəritəsini  yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaq ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerji siyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədər geniş olduğunun təsdiqidir.
Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və milli maraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədri Kərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimi yeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşı fəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirdiyini gizlətməyən  Kərimov Əlinin sosial mediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən də varam” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrum olduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəmə gəlməyə çalışan bu üzdəniraq hər fürsətdə  ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiya yaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs  ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalan danışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasına çevirib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dayağı və ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada hakimiyyəti zorla ələ keçirən, Azərbaycanı xaos, anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas üzvlərindən olan Kərimov Əlinin əsl niyyəti sosial şəbəkələr vasitəsilə ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyası aparmaqdır. Xaricdəki bəzi media orqanlarına Azərbaycanla bağlı şikayət etmək, dövlətimizin əleyhinə təbliğat aparmaq, yalanlar danışmaq xalqın marağına xidmətdirmi? Kərimov Əlinin həyasızcasına apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli məqsədlərin, xain planların dayandığını xalqımız, cəmiyyətimiz yaxşı bilir. Ölkədə medianın, vətəndaş cəmiyyəti institutlarının olmadığını iddia etmək üçün ancaq Kərimov Əli olmaq lazımdır. 150 illiyini qeyd etdiyimiz müstəqil, azad mətbuatımız Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təkcə bir fakt Kərimov Əlinin iddiasını darmadağın etmək üçün yetərlidir. Bu il iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri bir araya gəldi. Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Demokratiyanın olmadığı ölkədə bütün bunlar ola bilərmi? Bu gün mediamız, vətəndaş cəmiyyəti institutlarımız ölkəmizin maraqlarını qorumağa, istənilən yalan, iftira kampaniyasına cavab verməyə qadirdir. Amma müstəqilliyimizin bərpasının ilk illərində digər sahələr kimi, mətbuat da ciddi problemlərlə üz-üzə qalmışdı. Kərimov Əlinin də təmsil olunduğu və hakimiyyəti zəbt etmiş qaragüruhun yarıtmaz siyasəti nəticəsində ölkədə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təqiblərlə, təzyiqlərlə üzləşirdilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başlandı. Kərimov Əli, sən bunları unuda bilərsən, amma cəmiyyətimiz unutmayıb. Görünür, Kərimov Əlinin başı anti-Azərbaycan fəaliyyətə, qarayaxmaya, sifariş yerinə yetirməyə o qədər qarışıb ki, Azərbaycan reallıqlarından bixəbərdir və xəyallar dünyasında yaşayır.
Vüqar Rəhimzadə bildirib ki, milli mənlik şüurundan, vətənpərvərlik hissindən məhrum olan Kərimov Əli və onun rəhbərlik etdiyi siyasi partiya tamamilə tükənib və heç bir resursa malik deyil.  Milli maraqları şəxsi ambisiyalarına qurban verməklə tükənmişlik sindromu yaşayan bu antimilli ünsür siyasi baxımdan tamamilə müflis olub. Çıxış yolunu isə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqda görür. Başı çıxmasa da gah geosiyasətdən, gah da iqtisadi siyasətdən danışır. Amma Qərbdə müəyyən dairələrə xidmət etməsi, onların sifarişini yerinə yetirməsi reallığını gizlədə bilmir. Avropa demokratiyasından, xalqların azadlığından danışan antimilli ünsür Kərimov Fransanın neokolonializm siyasətindən xəbərsizdirmi? Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışları polis müdaxiləsi, dəyənəyin gücü ilə yatırılır. Budurmu xalqların azadlığı? Azərbaycana bunumu nümunə göstərirsən?
Əslində bütün bunlar bir o qədər də təəccüblü görünmür. Çünki Kərimov Əlinin mayası milli maraqlarımıza xəyanət etməklə yoğrulub. Amma unutmasın ki, onun anti-Azərbaycan fəaliyyəti hər zaman olduğu kimi, yenə də fiaskoya məhkumdur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri