Icma.az
close
up
RU
Kərkük Azərbaycan gecəsi sizə salam gətirmişəm adlı mədəni kütləvi tədbir keçirilib

Kərkük Azərbaycan gecəsi sizə salam gətirmişəm adlı mədəni kütləvi tədbir keçirilib

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Kərkükdəki Füzuli Mədəniyyət Mərkəzində "Kərkük-Azərbaycan gecəsi - sizə salam gətirmişəm" adlı böyük bir mədəni-kütləvi tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə İraq millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədri Dr. Nebil Şahin Kifrili, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov, Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı, İraq Vətəndaş Cəmiyyətinin nümayəndələri, ictimai təşkilatların rəhbərləri, ictimai -siyasi fəal insanlar iştirak ediblər.

Ərşad Salihi çıxış edərək Azərbaycan və Türkman xalqlarının ortaq dostluğundan, Türkmanların uzun illər, xüsusən də Səddam Hüseyn və İŞİD-in hökmranlıq etdiyi dövrlərdə yaşadıqları problemlərdən, hüquqlarının müdafiəsindən danışıb. Son zamanlar istər Azərbaycan dövləti, istərsə də sivil toplumları tərəfindən diqqətin olmasını təqdirəlayiq hesab edib. Həmçinin bu ilin mart ayında Bakıya son səfərlə bağlı məmnun olduqlarını bildirib və dostların da gəlişini yeni əlaqələrin qurulmasında, inteqrasiyanın gücləndirilməsində müsbət addım kimi qiymətləndirib.

Sonra İlham İsmayılov çıxış edərək bildirib ki, həqiqətən də bu gün Türk dövlətlərinin Türk Dövlətləri Təşkilatında birləşməsi, onların inteqrasiyası bizi çox məmnun etdi. Kərkük kimi, Türk dünyasının digər xalqlarının da bu inteqrasiyaya cəlb olunmasının və bu əlaqələrin get-gedə genişləndirilməsinin vacib olduğunu qeyd edib. I.ismayılov xüsusən də mədəni, milli istiqamətdə, belə kütləvi tədbirlərin keçirilməsinin, Azərbaycan Evinin mədəni mərkəzlərinin yaranmasının və vaxtilə olduğu kimi, indi də davamlı olaraq Türkman tələbələrinin Azərbaycanda təhsil almasının, inkişaf etməsinin zəruri olduğunu vurğulayıb. Bu gün Kərkük türkmanlarının həyat tərzi, milli-mənəvi dəyərləri Azərbaycanda hər kəsin diqqət mərkəzindədir və əlaqələrin daim gücləndirilməsini arzu edirlər.
Digər çıxış edənlər də xalqlarımız arasında dostluğun möhkəm olmasını, tarixi ənənələrə söykənməsini qeyd etdilər və davamlı olmasını arzu ediblər.

Daha sonra bədii hissədə Şəmistan Əlizamanlı bir sıra vətənpərvər mahnılar ifa edib. Ş. Əlizamanlı yeni klipin çəkilişi üçün Qəzənfər Paşayevin "6 il Dəclə və Fərəc sahillərində" kitabından götürülmüş, Türkman şairi Mahmud Kassaboğlunun şözlərinə yazılmış mahnını ifa edib və hətta klipə ad seçilməsi üçün zalda oturanlara müraciət edib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri