Azərbaycan Kərkük elmi, ədəbi mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanla İraq türkmanlarının daha yaxınlaşması, elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım atılıb.
"kerkuktenazerbaycana.com" internet saytı istifadəyə verilib. Sayt Azərbaycan Milli Elmlər Akademiyası və Kərkük Kültür Dərnəyinin birgə layihəsi olaraq reallaşıb.
Saytda Azərbaycan və İraq türkmanlarının ortaq dəyərləri, dil xüsusiyyətləri, görkəmli şəxsiyyətləri və uzun əsrlər boyu mövcud olmuş ədəbi-mədəni əlaqələri ilə bağlı məqalələr, elmi araşdırmalar və gündəlik xəbərlər yer alacaq.
İnternet saytının Azərbaycan tərəfdən baş redaktoru akademik İsa Həbibbəyli, İraq türkmanları tərəfdən Kərkük Kültür Dərnəyinin rəhbəri Dr.Şəmsəddin Kuzəçi, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















