Kərkük Ceyhan neft xətti üçün kritik GÖRÜŞ
Icma.az, News24 saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İraq-Türkiyə neft kəmərinin yenidən açılması üçün tez bir zamanda işləmək barədə razılığa gəliblər.
News24.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi açıqlamaya görə, dövlət katibi Rubio İraqın baş naziri Sudani ilə telefonla danışıb.
Görüşdə Rubio və Sudani İraqın enerji müstəqilliyinə nail olmasının zəruriliyi ilə bağlı razılığa gəliblər və İraq-Türkiyə neft kəmərinin yenidən açılması üçün sürətlə işləmək barədə razılığa gəliblər.
Hər iki tərəf, həmçinin İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin əlavə investisiya cəlb etməsi üçün müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı razılığa gəliblər.
Görüş zamanı Sudani və Rubio regiondakı məsələlər üzrə məsləhətləşmələri davam etdirmək, ABŞ-İraq təhlükəsizlik tərəfdaşlığını inkişaf etdirmək öhdəliyi götürüblər.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















